Deputat: "Azərbaycan Prezidentinin təşəbbüsləri BMT tərəfindən ən yüksək səviyyədə qəbul olunur

Deputat: "Azərbaycan Prezidentinin təşəbbüsləri BMT tərəfindən ən yüksək səviyyədə qəbul olunurDeputat: "Azərbaycan Prezidentinin təşəbbüsləri BMT tərəfindən ən yüksək səviyyədə qəbul olunur"
"Azərbaycanın koronavirusla mübarizədə 2020-ci və bu il ortaya qoyduğu səylər ölkə daxilində, regionda və beynəlxalq müstəvidə yüksək qiymətləndirilir".
Bunu "Report"a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamənin qəbul edilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev hələ ötən il COVID-19-la mübarizədə qlobal təşəbbüslə çıxış edib: "Dövlətimizin başçısı peyvəndin dünyada ədalətli bölgüsü və hər bir cəmiyyət üçün əlçatanlılığının təmin edilməsi sahəsində beynəlxalq səyin ortaya qoyulmasının vacibliyini vurğulamışdı. Prezident İlham Əliyevin uzaqgörənliyindən qaynaqlanan düşüncələri bu gün BMT tərəfindən ən yüksək səviyyədə qəbul olunur. Bu da Azərbaycanın pandemiya ilə mübarizədə nə qədər doğru mövqedə olduğunu təsdiqləyir".
Deputat bildirib ki, Azərbaycanın beynəlxalq müstəvidə çəkisinin artması və yeni diplomatik uğurlar qazanması Ermənistanı narahat edir: "Ermənistan nümayəndəsinin həmin beynəlxalq tədbirdə ortaya qoyduğu arqumentlərin heç biri nəzərə alınmadan qətnamə qəbul edildi. Ermənistanın həmişəki kimi COVID-19-la qlobal mübarizədə səhv mövqe tutub. Bu da yalnız Azərbaycana deyil, bütün insanlığa qarşı yönəlmiş addımdır. Beynəlxalq ictimaiyyət bu mövqeyi birmənalı olaraq yaxşı qarşılamır. Ermənilər qeyri-konstruktiv, dar düşüncəli mövqeləri ilə sadəcə regionda yox, həm də dünyada öz simalarını ortaya qoydular. Dünya bilməsə də, bunun səbəbi bizə yaxşı məlumdur. Çünki qətnamənin hazırlanması və tədbirin keçirilməsi təşəbbüsünü Azərbaycan Prezidenti irəli sürüb. Dövlətimizin başçısının ortaya qoyduğu mövqe, təşəbbüsləri bu gün ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir və qəbul olunur".
Qeyd edək ki, martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə qəbul edilib. Qətnamədə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqət çəkilib və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulanıb. Pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edən qətnamə, bu xüsusda, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilən BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyətini qeyd edilib. /oxu.az

Sosial       Tarix: 24 mart 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes ən son xeberler azerbaycan son xeber bugun son xeber 2026