Deputat Cavanşir Feyziyevin mandatı ləğv oluna bilər? - 21 milyon dollarlıq mülklərinə görə

Deputat Cavanşir Feyziyevin mandatı ləğv oluna bilər? - 21 milyon dollarlıq mülklərinə görəBöyük Britaniyada Milli Məclisin deputatı CavanşirFeyziyevin ailə üzvlərinin 15 milyon funt sterlinq (20,5 milyon dollar - 35milyon AZN) yatırılan hesablarının nəzarətə götürüldüyü barədə yayılan xəbərlərcəmiyyətdə ciddi rezonans doğurub, gündəm olub.
Deputatla bağlı yaranan əsas sual isə deputatlıq mandatının taleyinin necə olacağı barədədir.Çünki daha əvvəllər maliyyə qalmaqallarında, əyri işlərdə adı keçən deputatlarya həbs edilib, ya da digər formada cəzalandırılıb.
Məsələ ilə bağlı təcili surətdə hüquqi prosedurlarınbaşladılması barədə tələblər daha çox səslənir. C.Feyziyev bitərəf deputatolduğu üçün burada işlər daha çox təmsil olunduğu orqanın üzərinə düşür. Ammabu prosedurun elə də asan olmadığını qeyd edənlər də var.
Aydınlar Partiyasının sədri, sabiq deputat Qulamhüseyn Əlibəyliparlamentdə bu məsələnin qaldırılmasını təklif edir:"Bu o zaman ola bilərki, həmin varidatı nə zaman, hansı formada qazandığı barədə sənəd təqdim edəbilməsin. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa deputata icazə verilmir. Əkshalda, o, cinayət məsuliyyətinə cəlb oluna bilər. Bütövlükdə deputat mandatı daəlindən alınar. Əslində parlamentdə bu məsələ qaldırılmalıdır. RespublikaProkurorluğu bu məsələni araşdırmalıdır. Maliyyə monitorinqini həyata keçirənbir qurum var. O qurum bu məsələlərlə məşğul olmalıdır. Belə şəxslərin xaricəaparılmış, yaxud orada yerləşdirilmiş varidatlarının nəyin hesabınaqazanıldığı, hansı yollarla ora aparıldığı açıqlanmalıdır. Bununla da müvafiqdövlət qurumları, prokurorluq orqanları məşğul olmalıdır".
Hüquq müdafiəçisi, "Vətəndaş" Tədqiqat və İnkişaf İctimaiBirliyinin sədri Günel Səfərova əslində 80-ə yaxın deputatın mandatının ləğvolunmalı olduğunu qeyd etdi:"Deputat mandatının əlindən alınması məsələsinihəmin şəxsin mənsub olduğu partiya qaldırmalıdır. Amma Cavanşir Feyziyev bitərəfdeputatdır. Bu baxımdan qanunvericiliyə uyğun olaraq, seçiciləri tərəfindəngeri çağırılma da olmalıdır, yəni bu şəxs bizi istədiyimiz kimi təmsil etmir.Qanunvericiliklə deputatın biznes, sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıqadağandır. İndi biz bilmirik ki, sənədləşdirmədə həmin varidat onun öz şəxsivaridatı kimi qiymətləndirilib, yaxud ailəsindən birinin adınadır. Amma mənbənigöstərmədiyinə görə bu, böyük şübhələrə yol açır. Bununla bağlı hüquqi prosedurbaşlatmaq olar. Tutaq ki, desə oğlumun varidatıdır, mənə aidiyyəti yoxdur. Ozaman onun oğlunun ən azından vergilərə ödədiyi pul məbləğə adekvat olmalıdır.Yaxud onu sübut edən sənədlər mütləq lazımdır. Məsələn, həmin zavod olmalıdır,yaxud bilmirik ki, dərman fabrikidir, nədir, istənilən halda nədirsə, o təqdimolunmalıdır. Rəsmi sənədlər, sübutlar göstərilməlidir ki, gəlirinin nə qədərolduğu bilinsin. Bu gəliri hüquqi baxımdan sübut etmədiyi təqdirdə onun bu gəliriqeyri-qanuni yollarla əldə etdiyinə əsas yaradır.
Bununla bağlı digər nümunə görmüşük. Bundan əvvəl Rəfael Cəbrayılovvar idi. O, geri çağırıldı, hətta həbs edildi. Sonradan rəhmətə getdi. Onu da nəzərəalaq ki, bu tək Cavanşirə aid məsələ deyil. Hamısı haqqında demək mümkündürsə,deputatların əksəriyyətinin fəaliyyətini axtarsan, biznes fəaliyyəti üzə çıxır.Açığı, bilmirəm ki, Cavanşir hökumətdə kimin ayağını tapdalayıb ki, onun biznesməsələsi ortaya atılıb. Məsələn, iki ay əvvələ qədər bilinmirdi ki, bu şəxsinbiznesi var. Bilinirdi, sadəcə, hüquqi prosedurlara start verilmirdi, hələgörünən budur ki, indi də belədir. Guya xalq seçicidir, amma əməldə seçici xalqdeyil. Kim o şəxsin arxasında durursa, görünür, biznes maraqları buradatoqquşub. Bunun iki yolu var, ya xalq onu geri çağırmalıdır, ya da partiyası. Məsələqaldırılmalı və o, mandatdan məhrum edilməlidir. Bu prosedur işləsə, əmin olunki, 119 deputatdan yəqin ki, 80-ə yaxınının mandatı ləğv olunmalıdır".
Musavat.com

Sosial       Tarix: 04 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xəbərlər ensonxeberler maliyye xeberler bugun azerbaycan son xeber bugun