Deputat: 'İnternetə aylıq ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil

Deputat: 'İnternetə aylıq ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil"Artıq 3 aydır internet sürəti, qiyməti və istifadəsi haqda yeni qaydalar tətbiq olunur. Bu addımın nə ilə əlaqədar olduğunu və nə üçün edildiyini bilirik və dəstəkləyirik. Sadəcə, vətəndaşları narahat edən məsələ ondan ibarətdir ki, ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil. Xüsüsilədə regionlarda bu fərq daha çoxdur".
azxeber.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.
O bildirib ki, provayderlərin texniki imkanlarının artırılması müqabilində bu probelm aradan qaldırıla bilər: "Xahiş edirəm problemin həllinə dəstəyinizi əsirgəməyin".
N.Həmzəyev qeyd edib ki, Gənclər və İdman nazirliyi tərəfində radiolarda çox maraqlı sosial çarxlar səsləndirilir: "Bunu alqışlayıram. Amma Gəncləri idmanla məşqul olmağa dəvət edməklə iş bitmir. Gəncə şəhərində müasir idman zalları barmaq sayını keçmir. Aktiv üzgüçülük hovuzlarının sayı isə 1 dir. Hökümət üzvlərinin eyni zamanda idman federasiyyalarının rəhbərləri olmalarını nəzərə alaraq xahiş edirəm ki, regionlarda, xüsusilədə Gəncə şəhərində idmanın inkişafına köməklik göstərəsiniz".
Parlamentin üzvü deyib ki, ölkə üzrə körpələr evi - uşaq bağçalarının sayı azdır: "Bütün uşaqların uşaq bağçalarında tərbiyə görmələri mümkün olmur. Gəncə şəhərində 44 körpələr evi - uşaq bağçası, 45 tam orta məktəb fəaliyyət göstərir. Növəti illərdə heç olmasa 1 ədəd məktəb və uşaq bağçasının tikilməsinə şahidlik etsək çox sevinərik. Həmçinin təklif edirəm ki, məktəbəqədər hazırlıq siniflərində təhsilə cəlb edilən uşaqlar üçün də  yemək verilsin. Hətta bunun pilot layihə olaraq Gəncədən başlanması əla olardı".
Millət vəkilinin sözlərinə görə, universitetlərdə maddi texniki baza gücləndirilir, təhsilin səviyyəsi artır, bu, sevindiricidir: "Lakin tələbə yataqxanalarının azlığı valideyinlər və tələbələr üçün müəyyən çətinliklər yaradır. Gəncə şəhərinin girişində məcburi köçkünlər üçün tikilmiş böyük şəhərçik mövcuddur. Keçmiş məcburi köçkünlər öz rayonlarına köçürüldükdən sonra bu binaların tələbələrin ixtiyarına verilməsi mümkün olacağı təqdirdə Gəncədə təsil alan tələbələrə çox böyük dəstək vermiş olarıq. Cənab Baş Nazir xahiş edirəm bu təklifimin araşdırılması dair göstəriş verəsiniz".
O, digər məsələyə də diqqət çəkib: "Gəncə şəhərində Balabağban, Böyükbağban və totanlı adlanan ərazilərdə yağış yağan kimi evlərə gələn su istifadəyə yararsız hala düşür. Su palçıqlı gəlir. Özüm də şəxsən bu hala şahidlik etmişəm. Xahiş edirəm su anbarlarının və filtirlərinin yenilənməsi, seçicilərin içməli su probleminin aradan qaldırılması üçün lazımı tədbirlərin görülməsinə dəstək olasınız".

Siyasi       Tarix: 26 noyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun en son xeber cəbhədən şad xəbər dunya xeberleri