Deputatdan qadınların pensiya yaşının 65-ə qaldırılmasına ETİRAZ
"Bu gün Azərbaycanda ən böyük narazılıqlar pensiya və müavinətlərlə bağlıdır".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il büdcəsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsində deyib.
"Vətən müharibəsində iştirak etmiş və sağlamlığını itirmiş şəxslərə - qazilərə hələ də müavinət təyin edilməyib. Bundan başqa, Azərbaycanda ömür uzunluğu inkişaf etmiş ölkələrdən xeyli aşağıdır, amma pensiya yaşı inkişaf etmiş ölkələrlə eyni səviyyədədir. Qadınların pensiya yaşının 65-ə çatdırılması dayandırılmalıdır. Nisbi rəqəmlərlə artımlar böyük olsa da, mütləq rəqəmlərdə bu, çox aşağıdır.
Azərbaycanda pensiyaların artırılması əməkhaqqının artırılması ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə insan pensiyaya çıxanda onun ömrünün romantika dövrü başlayır. Azərbaycanda isə pensiyaya çıxan insanın məşəqqət dövrü başlayır. Çünki onun aldığı pensiya minimum tələbatının ödənilməsinə kömək etmir. Bu istiqamətdə ciddi araşdırmaların aparılması çox vacibdir", - o qeyd edib.
///Report
Turlar.az [newsid: 0-123300]

Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR
Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ
Qızıl ucuzlaşdı - Yeni qiymətlər
"Qızıl top"un sahibi bəlli oldu
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
İnfantinodan "Sabah" – "Qarabağ" oyunu ilə bağlı paylaşım – FOTOLAR