Diaspor fədaisi, yoxsa diaspor dəllalı

Diaspor fədaisi, yoxsa diaspor dəllalıAzərbaycan uzun illər informasiya blokadasından əziyyət çəkib. Bu məsələdə sözsüz ki, erməni diasporunun və erməni lobbisinin mühüm xidmətləri olub. Bir zamanlar xəyal kimi görünən azərbaycanlıların erməni diasporuna və erməni lobbisinə qarşı mübarizəsi, erməni yalanlarını ifşa etməsi artıq günümüzün reallığına çevrilib. Buna əsas səbəb isə son illər Azərbaycan dövlətinin diaspor fəaliyyətinə dəstəyinin güclənməsi, diasporumuzun təşkilatlanma işində nəzərəçarpan dəyişikliklərdir. Misal üçün deyək ki, xaricdə Azərbaycan evlərinin və həftəsonu məktəblərinin yaranması soydaşlarımızın milli-mənəvi dəyərlərimizə, ana dilimizə, bir sözlə əzəli vətənlərinə bağlılığını qoruyub saxlayır və daha da möhkəmləndirir.
Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilki çıxışlarından birində soydaşlarımızın fəallığını qeyd edərək bildirmişdir ki: "Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik". 
Azərbaycan tarixinə "Zəfər İli" kimi daxil olmuş 2020-ci il diasporumuzun da fəaliyyətinin qızıl ili sayılmalıdır. Bu tarix Azərbaycan diasporunun sistemli və ardıcıl fəaliyyəti ilə yadda qaldı. 44 günlük Vətən müharibəsi dövründə xaricdə yaşayan soydaşlarımız öz fəallıqlarının zirvəsini yaşadılar. İstər xaricdə yürüş və konfranslar keçirən, dünya ictimaiyyətinə müraciətlər edən azərbaycanlılar, istərsə də Qarabağa səfər edərək dağılmış maddi və mənəvi irsimizlə, talan edilmiş torpaqlarımızla bağlı beynəlxalq ictimaiyyətə məlumat çatdıran soydaşlarımız informasiya cəbhəsinin əsgərlərinə çevrildilər. Müharibə və ondan sonrakı dövrdə xaricdə yaşayan azərbaycanlılar qazilərimizə, qazi və şəhid ailələrinə maddi və mənəvi dəstəklərini əsirgəmədilər. 
Lakin təəssüflə qeyd etmək lazımdır ki, diaspor nümayəndələri arasında diaspor fəaliyyətinə gəlir mənbəyi kimi baxan, bu arzusu reallaşmadıqda isə özünü Azərbaycanla bağlı proseslərdən kənarda tutmağa çalışanlar da yox deyildir.
Ölkə.Az-ın əldə etdiyi məlumata görə, belə şəxslərdən biri Avropa Azərbaycanlıları Konqresinin (AAK) rəhbəri Sahil Qasımovdur. Problemlər məhz S.Qasımovun 2017-ci ildə AAK prezidenti seçilməsindən sonra başlayıb. Çünki Sahil Qasımov diaspor fəaliyyətinə gəlir mənbəyi kimi baxan şəxs olaraq tanınır. Onun diaspor tədbirlərinin təşkili zamanı külli miqdarda pul mənimsəməsi, eləcə də sözügedən fəaliyyəti ərzində pul yuyulmasında birbaşa iştirakı Nazim İbrahimovun Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, bir sıra Avropa ölkələrində diaspor tədbirlərinin təşkili zamanı komitənin sabiq rəhbərliyi tərəfindən S.Qasımovun hesabına mütəmadi olaraq şişirdilmiş məbləğdə maddi vəsaitlər yatırılıb, bu zəmində o, təxminən 300 min avro məbləğində maddi vəsaiti mənimsəyib. Onun Böyük Britaniyada təhsil alan övladlarının təhsil haqqını Dövlət Komitəsindən ayrılan maddi vəsaitlər hesabına təmin etməsi barədə məlumatlar mövcuddur.
AAK-la bağlı məsələləri daha dərindən araşdırarkən Avropadakı Azərbaycan diasporunu bir araya toplamalı, icma təşkilatlarımız arasında işin təşkilində əlaqələndirici çətir-təşkilatı rolunu oynamalı olan qurumun maliyyə fırıldaqçılığında şübhəli bilinməsi, digər təşkilatları incik salması və ya bu qurum ətrafında birləşmək istəməmələrinin səbəbi isə bilavasitə təşkilatın rəhbərliyidir. AAK hazırda rəsmi olaraq ətrafında bir çox Azərbaycan diaspor təşkilatını birləşdirsə də, reallıqda qurum yalnız bir neçə nəfərin əlindədir. Yeni, innovativ, bu günün çağırışlarına cavab verən tələblərə uyğun fəaliyyət göstərə bilməyən, yalnız maddi mənfəət güdən və Azərbaycandan vəsaitlərin ayrılmasına vərdiş etmiş şəxslərin mövcudluğu diasporun təşkilatlanmasına və fəaliyyətinə əngəl törədən amillərdən biridir. 
Sahil Qasımovun quruma başçılıq etməsi bir çox diaspor nümayəndələri tərəfindən də birmənalı qarşılanmır. Özünü diaspor fədaisi kimi göstərməyə çalışan S.Qasımov daha çox öz maraqlarını güdən, şəxsi mənfəətini ümumi maraqlarda üstün tütan insan kimi dəyərləndirilir. Onun artıq AAK rəhbəri olaraq müddəti bitdiyinə baxmayaraq, növbəti seçkilər keçirmədiyi və öz ətrafında birləşdirmiş bir neçə nəfər AAK fəalı vasitəsilə qurumu bu formada idarə etmək niyyətində olduğu görsənir. AAK-a üzv olan təşkilatlar, habelə Avropada mövcud diaspor nümayəndələri də son dövrlər baş verən proseslərdən narazı olmalarını açıq bildirmələri təşkilat rəhbərliyinin konkret addım atmağa düşündürə bilməmişdir. 
Bu cür şəxsin Avropada məskunlaşmış və Azərbaycan dövlətçiliyi əleyhinə destruktiv fəaliyyətlə məşğul olan kontingentlə sıx əlaqəsinin olması da təəccüblü sayılmamalıdır. Onun Avropada, xüsusilə Niderlandda məskunlaşmış talış separatçılarının bəzi nümayəndələri, xüsusən Ələkrəm Hümmətov və Elxan Əlibəyli ilə sıx əlaqələri mövcuddur. Niderlandda yaşayan və özünü siyasi blogger kimi tanıdan Orduxan Teymurxan (Bəbirov) S.Qasımovun BAK rəhbəri olduğu dövrdə sözügedən təşkilatın gənclər qolunun üzvü olub. Məhz bu səbəbdən O.Teymurxan da S.Qasımovun kadrı hesab edilir.
Artıq Avropada yaşayan azərbaycanlıların əksəriyyəti arasında belə bir fikir formalaşıb ki, S.Qasımovun fəaliyyəti diaspora fəaliyyətini iflic vəziyyətə salıb. Ətrafındakıların ona qarşı çıxmamasının əsas səbəbləri isə S.Qasımovun düşməninə çevrilmək istəməmələri və onun tərəfindən Azərbaycan dövləti qarşısında nüfuzdan salına bilmə təhlükəsidir.
///Ölkə.Az

Sosial     Baxılıb: 493   Tarix: 25 dekabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Pakistandan sarıkök tədarükünü bərpa etdi

Ötən ilin ilk 10 ayında Azərbaycan 981 min ABŞ dolları dəyərində 547 ton sarıkök idxal edib.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verri ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 % çox

FHN əməkdaşları Xaçmazda köməksiz vəziyyətdə qalan kənd sakinini xilas edib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Armudpadar kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin Mətbua

Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərildi

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir.  xəbər verir ki, 979 ton Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətin

Amnistiya aktı ilə bağlı Ağadadaş Ağayevin işinə baxılır

Amnistiya aktı üzrə Xalq artisti Ağadadaş Ağayevin işinə baxılır. Bununla bağlı Binəqədi rayon Məhkəməsində iclas başlayıb. Məhkəmədə Ədliyyə Nazirliyi Probasiya xidmətinin təqdimatına baxılır. Ağadadaş Ağayevin şərti cəzanı

Rafael Məmmədova yüksək vəzifə verildi - FOTO

Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı regional filialına yeni rəhbər təyin edilib. xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, bu vəzifəyə Məmmədov Rafael Zakir oğlu gətirilib. Qeyd edək ki, Rafae

"ChatGPT" də reklam göstərməyə başlayır

"ChatGPT" çatbotunun və "Go" modelinin pulsuz versiyasında reklamlar olacaq. -a istinadən bildirir ki, bu barədə "OpenAI" veb saytında məlumat yayıb. Məlumata görə, reklam inteqrasiyalarını

Azərbaycanda su sayğacları dəyişdiriləcək

Azərbaycanda 110 min su sayğacı dəyişdiriləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsin

Eldar İsmayılovun cinayət işinə xitam verildi

Saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satmaqda ittiham olunan "Dədə Qorqud" Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılovun cinayət işinə xitam verilib. xəbər verir ki, bu barədə onu

Şuşadakı bu Kompleks müqavilə əsasında idarəetməyə verildi - Sərəncam

Şuşa Otel-Konqres Mərkəzi Kompleksi müqavilə əsasında idarəetməyə verilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhərində yerləşən və İqtisadiyyat Nazirliyinin balansınd


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler sonxeber son xeberler 2026 en son xeber