DİM avqustun 11-də keçirilən imtahanların nəticələrini açıqladı

DİM avqustun 11-də keçirilən imtahanların nəticələrini açıqladıDövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 avqust 2021-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən aşağıdakı imtahanların nəticələri elan edilib.
Azxeber.com xəbər verir ki, imtahan nəticələri Mərkəzin saytına yerləşdirilib.
1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;
Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən linkdən (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=58 ) öyrənə bilərlər.
4. İyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.
4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə nəticələrini bu linkdən (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) öyrənə bilərlər.
Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bu imtahanlarında iştirakı nəzərdə tutulan 11553 nəfərdən 2769 nəfər imtahana gəlməyib. 3 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 16 avqust 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13-15 avqust tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Sosial       Tarix: 13 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar

Günə enerjili başlamaq və yaddaşı gücləndirmək üçün beyni düzgün şəkildə "oyatmaq" vacibdir. Ufa Müharibə Veteranları Hospitalının həkimləri bunun üçün sadə, lakin faydalı üsullar tövsiyə ediblər. Mütəxəssisləri

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Ukraynada davam edən hərbi əməliyyatlarda daha bir azərbaycanlı həlak olub. xəbər verir ki, 1982-ci il təvəllüdlü Abdullayev Vüsal Bəşir oğlu şiddətli döyüşlər zamanı həyatını itirib. Mərhumun nəşi bu gün Azərbaycana gətirilib

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətləraras

"Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək

İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təhsil sisteminin rəqəmsal transformasiyası əsas müzakirə mövzularında

Pirşağıda dənizdə batan qadın müəllim imiş

Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dənizdə boğularaq ölən Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükü

Bu şəxslər 40 minədək cərimələnəcək

Azərbaycanın İnzibati Xətalar Məcəlləsində taksi fəaliyyəti və avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində yol verilən bir sıra pozuntulara görə inzibati məsuliyyət nəzərdə tutulur. -a istinadla xəbər verir ki

Pulunu avroya dəyişdirmək istəyənlərin nəzərinə

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat olub. xəbər verir ki, avronun 0,2 % azalaraq 1,9359 manat, 100 Rusiya rublunun məzənnəsi 0,6

Azərbaycanda pensiya sistemi dəyişir? - Qadınlarla bağlı iddialara aydınlıq gəldi

Azərbaycanda pensiya sistemində mümkün dəyişikliklərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə, pensiya artımlarının yalnız maddi ehtiyacı olan qadınlara şamil edilməsi ilə bağlı səslənən fikirlər cəmiyyətdə müxtəli

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xeberler axsam az xeberler sonxəbərlər sou xeberler