DİM işçi axtarır - maaş 1330 manatdır
Dövlət İmtahan Mərkəzində (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti, Test bankı sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib.
DİM-dən Azxeber.com-a verilən məlumata görə, müraciət etmək istəyən namizədlər aşağıda göstərilən kompüter bilikləri və xüsusi tələblərə uyğun olmalıdırlar:
Struktur bölmə: Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti
Struktur vahid: Test bankı sektoru
Vəzifənin adı: Aparıcı məsləhətçi
Aylıq vəzifə maaşı: 1330 manat
Qulluq funksiyaları:
- Test bankının idarə olunması üçün lazımi proqram təminatlarının hazırlanması və tətbiqi.
Vəzifənin tutulma şərtləri:
- Təhsilə dair tələb: Ali təhsil
- İş stajına dair tələb: Tələb müəyyən edilmir.
Kompüter biliklərinə dair tələblər:
- C#, Java və ya Python dillərindən birini bilməli;
- MS SQL, MySQL və ya PostgreSQL verilənlər bazalarından birini bilməli.
Xüsusi tələblər:
- Proqramlaşdırma dilləri, verilənlər bazası və onların idarəetmə sistemləri, internet/intranet texnologiyaları, lokal kompüter şəbəkələrinin qurulması, servis və tətbiqi proqram təminatlarının yazılması və istismarı;
- Xarici dil biliklərinə dair tələblər: ingilis dili - orta, rus dili - orta.
Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını 2022-ci il yanvarın 10-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində "İşə qəbul" sözləri yazılmalıdır).
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR