DİN-dən izləyicisini döyüb lentə alan "Zevs"lə bağlı - Açıqlama
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə izləyicisini döyərək lentə alan "Zevs" kimi tanınan şəxslə bağlı videogörüntülərə münasibət bildirib.
DİN-in Mətbuat xidmətindən Azxeber.com-a verilən açıqlamaya görə, məsələ nəzarətə götürülüb və araşdırma aparılır.
"Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - açıqlamada deyilir.
Qeyd edək ki, yutuber Ruslan Quliyevin yarım milyondan çox izləyicisi olan yutub kanalında "Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü" başlıqlı video paylaşıb. Həmin videoda "Zevs" kimi tanınan R.Quliyev izləyicisi ilə görüşərək onunla söhbət edib, ondan nəyə görə xoşu gəlmədiyini soruşub. Daha sonra söhbət əsnasında "Zevs" masanın üzərində dəmir qabda olan enerji içkisini izləyicisinin başına çırpıb. Ruslan sonradan videonu öz kanalından silsə də, görüntülər sosial şəbəkələrdə yayılıb və etirazla qarşılanıb.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR