DİQQƏT! Uşaqlar arasında 3 virus yayıldı - ƏLAMƏTLƏR
Son zamanlar uşaqlar arasında qusma, ishal və yüksək hərarətlə müşahidə olunan xəstəlik yayılıb.
Bəs, bu xəstəliklər hansı viruslardır?
KONKRET.az-ın məlumatına görə, bununla bağlı Lent.az-a açıqlama verən pediatr Elşən Tağıyev bildirib ki, uşaqlar arasında bir yox, bir neçə virus yayılıb:
"Hazırda uşaqlar arasında yüksək hərarətlə müşahidə olunan bir neçə xəstəlik yayılıb. Son zamanlar bizə müraciət edən xəstələrdə "Roseola" virusu daha çox müşahidə olunur. Bu xəstəliklər 3-4 gün qızdırma ilə davam edir. Hərarət düşdükdən sonra isə çəhrayı rəngdə səpkilər yaranır. Bu səpkilər də 2-3 gün qalır".
Həkimin sözlərinə görə, "Rotavirus" uşaqlar arasında hələ də qalıb:
"Az hallarda da olsa, "Rotavirus"da da hərarət hallarına rast gəlinir. "Rotavirus"un mövsümü olmasa da, hələ də uşaqlar arasında bu virusa rast gəlinir".
Elşən Tağıyev ən çox yayılan virusun isə "Adenovirus" olduğunu açıqlayıb:
"İndi olan viruslardan biri də "Adenovirus" infeksiyasına bənzəyən xəstəlikdir. Çox güman ki elə "Adenovirus"dur. Çünki gözlərin iltihabı konyunktivlə və yüksək hərarətlə müşahidə olunur. Bununla yanaşı ağızda səpkilər, qusma, ishalla olan viruslar var ki, bunlar da "Adenovirus" infeksiyasının əlamətləridir. Hazırda da ən çox yayılan virus da elə "Adenovirus"dur".
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto