Doğulduqdan sonra fərqli ailələrə övladlığa verilən əkizlər 36 il sonra qovuşdular - FOTO
Doğulduqdan sonra fərqli ailələrə övladlığa verilən əkizlər 36 il sonra qovuşdular - FOTO
Cənubi Koreyadan olan əkizlər 36 il sonra bir-birlərini tapıblar.
Bu barədə "Good Morning America" xəbər yayıb.
Bildirilir ki, bacılar dünyaya gəldikdən sonra ABŞ-a fərqli ailələrə göndəriliblər. Sinert floridalı, Buşnell isə pensilvaniyalı ailə tərəfindən övladlığa götürülüb.
Molly Sinert və Emily Buşnell doğumları haqqında məlumatlı olmayıblar, lakin sonra hər iki qadın DNT testindən keçib. Onların sözlərinə görə, analizin cavabında həyatda əkiz bacılarının olduğunu eşidəndə çox təəccübləniblər.
Qadınlar sosial şəbəkədə ünsiyyət qurmağa başlayıblar. Ən maraqlısı isə onların bir-birlərindən xəbərləri olmasa da, həyatda atdıqları addımlar eyni olub.
Məsələn, hər iki qadın pişik saxlayıb. Onların ikisi də məktəbdə buraxılış gecəsinə eyni forma paltar geyiniblər və oxşar bəzək əşyası taxıblar.
"Bu, yəqin ki, həyatımızın çoxsaylı "əkiz anlarından" bəziləridir", - deyə Buşnell vurğulayıb.
Bir-birləri ilə tanış olduqdan bir müddət sonra 36 yaşlı Buşnell qızı ilə birlikdə Floridaya bacısıgilə yollanıb.
"Bu, həyatımdakı ən xoşbəxt andır. Ömrümün son 36 ili məndən oğurlandı, hansı ki, onu əkizimlə yaşaya bilərdim", - deyə qadın etiraf edib.













Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR