Dollar ucuzlaşır, gümüş bahalaşır, qızıl isə... - Tarixi rekordla bağlı MÜHÜM DETALLAR

Dollar ucuzlaşır, gümüş bahalaşır, qızıl isə... - Tarixi rekordla bağlı MÜHÜM DETALLARDünya bazarlarında gümüş qiymətləri 45 ildən sonra tarixi rekordu qırıb. Qızıl sabit bir unsiya üçün 4030-4040 dollara satılıb, gümüş isə 1,6 faiz artaraq 49,67 dollar/unsiya olub. Maraqlıdır, bu, qlobal iqtisadiyyatda hansı dəyişikliklərin siqnalı ola bilər?
İqtisadçı Kənan Quluzadə KONKRET.az-a açıqlamasında bildirib ki, bu hadisə sadəcə metal bazarında qiymət sıçrayışı deyil, həm də qlobal iqtisadiyyatın dərin transformasiyalarının göstəricisidir.
Dollar ucuzlaşır, gümüş bahalaşır, qızıl isə... - Tarixi rekordla bağlı MÜHÜM DETALLAR"Gümüş qiymətlərindəki rekord artım ilk növbədə aparıcı mərkəzi bankların siyasətinə bağlıdır. ABŞ Federal Ehtiyat Sisteminin sərt faiz artımı dövrünü arxada qoyaraq yumşalmaya yönələcəyi barədə gözləntilər dollarda zəifləməyə səbəb olur. Dollar ucuzlaşdıqca gümüş kimi dollarla qiymətlənən əmtəələr daha sürətlə bahalaşır. Bu tendensiya qlobal kapital bazarlarının artıq yeni monetar dövrə qədəm qoyduğunu göstərir.
İnvestorların gümüşə marağının artması, onun qızıl kimi inflyasiyaya qarşı qorunma aləti kimi qəbul edilməyə başladığını nümayiş etdirir. Geosiyasi risklərin çoxaldığı bir dövrdə, Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginliklər, Asiyada ticarət zəncirlərinin dəyişməsi sərmayədarlar portfellərində daha çox təhlükəsiz investisiya axtarırlar. Gümüşün rekord səviyyəyə çatması həm də uzunmüddətli inflyasiya qorxusunun bazarlarda daha ciddi şəkildə qəbul edildiyini göstərir".
İqtisadçı qeyd edir ki, ən mühüm siqnallardan biri struktur xarakter daşıyır.
"Gümüş günəş panellərində, elektronika və digər yüksək texnologiyalı məhsullarda əsas xammal rolunu oynayır. Dünya bərpa olunan enerji və yaşıl texnologiyalara keçdikcə bu metalın istehlakı da sürətlə artır. Günəş panellərinin qlobal miqyasda genişlənməsi gümüş bazarına uzunmüddətli tələbi təmin edir.
Beləliklə, rekord qiymət həm də yeni sənaye dövrünün başlanğıcını əks etdirir".
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 10 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Mürsəl Səfərov ilk dəfə övladı ilə fotolarını paylaşdı - FOTO

Tanınmış müğənni Mürsəl Səfərov sosial şəbəkə hesabında övladı ilə birlikdə çəkilən yeni fotolarını izləyiciləri ilə bölüşüb. xəbər verir ki, paylaşım qısa zamanda izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Fotolard

Dollarla bağlı gözlənilməz ssenari – yerini bu valyutalar tuta bilər

ABŞ Prezidenti Donald Trampın son aylarda atdığı addımların dolların qlobal valyuta kimi mövqeyinə zərbə vuracağı deyilir. Ekspertlər düşünürlər ki, Vaşinqtonun dünya ticarətində getdikcə daha çox məhdudiyyət tətbiq etməsi

Neft ucuzlaşdı

Londonun ICE birjasında "Brent" markalı neftin fyuçerslərinin qiyməti 0.77% azalıb. xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 87.25 dollara bərabər olub. Eyni zamanda, WTI markalı nefti

İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama

İnsanların həyat boyu daim nəyinsə axtarışında olması diqqət çəkən psixoloji və sosial davranışlardan biri hesab olunur. Daha yaxşı iş, daha yüksək gəlir, daha rahat həyat, daha uğurlu gələcək və ya ideal partnyor arzus

FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib - Fotolar

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən çimərliklərdə istirahət edən vətəndaşlar arasında "Çimərliklərdə təhlükəsizlik qaydaları" mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib. xəbə

Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA

Hazırda yay mövsümü olmasına baxmayaraq, ölkədə güclü külək və toz dumanı müşahidə olunur. Xüsusilə son günlər Bakıda küləyin sürətinin artması da qeydə alınıb. Qonşu ölkələrdə qeydə alınan yüksək temperatur fonunda paytaxtd

AMB bu günün valyuta məzənnələrini açıqladı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, iyulun 28-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi 0,0359 manat təşkil edib. Rusiyanın 100 rublu 2,1806 manatadək

Qəbələdə açıq sahədə yanğın baş verib

Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib. xəbər verir ki, bu haqda FHN məlumat yayıb. Bildirilib ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub

Hibrid və Elektromobil sürənlərə pis xəbər

Məlumdur ki, iyul ayı kifayət qədər isti keçir. Günəş altında isə hiss olunan temperatur daha da yüksək olur. Belə hava şəraitində benzin və dizel mühərrikli avtomobillər illərdir bu cür iqlim sınaqlarından uğurla çıxır


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər xankendi xəbər az sonxəbər