DOST mərkəzlərinin fəaliyyəti bərpa olunur
Sabahdan, mayın 21-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 1 və 2 saylı Bakı DOST mərkəzlərində vətəndaşlara xidmət göstərilməsi proseduru bərpa ediləcək.
Mərkəzdən Milli.Az-a verilən məlumata görə, mərkəzlər həftənin bazar ertəsindən cümə gününədək saat 9:00-dan 18:00-a qədər vətəndaşların xidmətində olacaq. 3 saylı Bakı DOST Mərkəzində isə vətəndaşlara müvəqqəti olaraq məhdud çərçivədə xidmətlər göstəriləcək.
Vətəndaşlara xidmət prosesi zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Covid-19 virusundan qorunmaqla bağlı tövsiyələrinə əməl ediləcək. Belə ki, əməkdaşların qoruyucu maskalarla təmin edilməsi ilə yanaşı, DOST mərkəzlərində vətəndaşların da dezinfeksiyaedici məhlullardan istifadə etməsi üçün şərait yaradılacaq. Mərkəzlərə gələn vətəndaşların da ÜST-ün tövsiyələrinə əməl edərək qoruyucu üz maskalarından istifadə etmələri tövsiyə edilir.
Xatırladaq ki, yeni növ koronovirus (COVİD-19) infeksiyasının səbəb olduğu qlobal pandemiya səbəbindən ölkəmizdə xüsusi karantin rejimi elan edilib. Bununla əlaqədar mart ayının 15-dən etibarən DOST mərkəzlərində də xüsusi iş rejimi tətbiq edilirdi və vətəndaşların müraciətləri İnternet üzərindən qəbul və emal edilirdi.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar