"Dubai Air Show 2019" sərgisində "Azərbaycan Hava Yolları" bir sıra önəmli razılaşmalara imza atıb - FOTO

"Dubai Air Show 2019" sərgisində "Azərbaycan Hava Yolları" bir sıra önəmli razılaşmalara imza atıb - FOTO21 noyabr 2019-cu il, Dubay - Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubayda dünyanın ən nüfuzlu və əlamətdar aviakosmik tədbirlərindən biri olan illik "Dubai Air Show 2019" aviasalonu və sərgisi keçirilir. Sərgidə aviasiyanın müxtəlif sahələrindən olan şirkətlərin təmsil etdiyi 60-dan çox ölkə iştirak edir.
Sərgidə "Azərbaycan Hava Yolları"nın vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Azərbaycan nümayəndə heyəti "Boeing" şirkətinin rəhbərliyi ilə uzaq magistrallı "Boeing 787 Dreamliner" təyyarələrinin təchizatı ilə bağlı görüşmüşdür. Bu tipli iki təyyarə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən artıq istifadə olunmaqdadır.
Sərgi çərçivəsində Eldar Hacıyev "Airbus" konsernin kommersiya direktoru Kristian Şerer (Christian Scherer) ilə görüşmüşdür. Danışıqların əsas mövzusu "Airbus A320Neo" və "Airbus А220" kimi yeni nəsil təyyarələrin texniki və kommersiya xüsusiyyətləri ilə tanışlıq olmuşdur. Avropanın aparıcı təyyarə konserninin bu təyyarələri özlərini doğrultmuş və öncəki nəsil təyyarələrin təkmilləşdirilmiş versiyasıdır. "Airbus" şirkəti artıq bu təyyarənin təchizatı ilə bağlı dünyanın müxtəlif aviaşirkətlərindən çoxlu sayda sifariş almışdır. 
Azərbaycan nümayəndə heyəti aviasalonda bir sıra nəhəng maliyyə şirkətləri ilə təyyarə parkının yenilənməsi proqramlarının maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparmışdır. Hava gəmilərinin istismarının iki növü nəzərdən keçirilmişdir - əməliyyat və maliyyə lizinqi.
Həmçinin AZAL-ın aviasalonda iş proqramı çərçivəsində pilotların təlim və lisenziyalaşdırılması üçün mülki aviasimulyatorların "FlightSafety International" kimi aparıcı təchizatçıları ilə danışıqlar aparılmışdır. Milli Aviasiya Akademiyası üçün "Embraer E190-E1" aviasiya trenajorunun əldə edilməsi gözlənilir. Yeni trenajor kompleksi "Buta Airways" aviaşirkətinin pilotlarının tam təlim və lisenziyalaşdırılması üçün imkan yaradacaq. 
AZAL-ın nümayəndə heyəti Dubayda "GE Aviation" şirkətinin vitse-prezidenti Ceyson Toniç (Jason J Tonich) ilə danışıqlar aparmışdır. "GE Aviation" müxtəlif modifikasiyalı, həmçinin "Azərbaycan Hava Yolları"nın donanmasına daxil olacaq yeni sərnişin təyyarələrinin mühərriklərinin aparıcı təchizatçılarındandır. 
Aviaşouda mühüm hadisələrdən biri də "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS)  direktoru Fərhan Quliyev və Macarıstan aeronaviqasiyası "HungaroControl"un icraçı direktoru Kornel Szepessy arasında Avropa və Avrasiya hava limanlarının aeronaviqasiya məlumatlarının mübadiləsi üçün mərkəzləri Budapeşt və Bakıda olmaq ilə rəqəmsal magistralın yaradılması haqqında müqavilənin imzalanması olmuşdur. İmzalanan saziş Avropa Birliyi ilə Avrasiya arasında aviasiya məlumatlarının ötürülməsi üçün sabit rəqəmsal magistral kanalının yaradılmasına, habelə aviasiya məlumatlarının Bakıdakı 
serverlərdə saxlanılması və daha sonra Avrasiyanın aviasiya istifadəçilərinə ötürülməsinə imkan verəcək.
Bu əməkdaşlığın strateji məqsədi hava nəqliyyatının idarə olunması sahəsində kritik məlumatların etibarlı və təhlükəsiz mübadiləsini təmin etməkdir ki, bu da öz növbəsində Avropa ilə Avrasiya arasında kəsilməz və funksional əlaqəni təmin edəcək. Hələ 2019-cu ilin oktyabr ayında Bakıda keçirilən "Digital Transformation Day" konfransı zamanı AZANS və "HungaroControl" belə sistemlərin hava naviqasiyası sahəsindəki texnoloji inqilabın əsasını təmin edəcəyini bildirmişdirlər.
"Al Heya Holding"in prezidenti Abdulla Əl-Mansuri (Abdullah Al Mansoori), Avstriyanın tikinti korporasiyası "Waagner-Biro"nun sahibi və icraçı direktoru Yoqan Sişka (Johann Sischka) ilə geniş görüş keçirilmişdir. Görüşdə Heydər Əliyev Beynəlxalq Aeroportunun infrastrukturunun inkişafı və BƏƏ-nin nəhəng şirkəti tərəfindən investisiyanın ayrılması məsələləri müzakirə edilmişdir.
Avstriyanın "Frequentis" şirkətinin prezidenti Norbert Haslaher (Norbert Haslacher) ilə görüşdə "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsində ən yeni nəsil rəqəmsal rabitə sisteminin tətbiqi ilə bağlı layihə müzakirə edilmişdir. "Frequentis" texnologiyaları ABŞ-ın aerokosmik agentliyi NASA da daxil olmaqla dünyanın aparıcı aviasiya provayderləri tərəfindən istifadə olunur.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 21 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbayca

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun bugünki xəbərlər bu gunun xeberleri haqqinda melumat cəbhədən xəbərlər