Dünən axşam avtobusların intervalındakı gecikmələrin səbəbləri açıqlandı
Dünən axşam avtobusların intervalındakı gecikmələrin səbəbləri açıqlandı
Ötən gün axşam saatlarında (saat 18:00-20:30 aralığında) müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında ciddi gecikmələr müşahidə olunub. Nəticədə sərnişin tələbatı yüksək olan dayanacaqlarda sıxlıqlar yaranıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.
O qeyd edib ki, sərnişinlərin narahatlığına səbəb olan bu vəziyyətin yaranması axşam pik saatlarında əsas küçə və prospektlərdə tıxacların olması ilə əlaqədardır:
"Xətlərə adi rejimlə müqayisədə 13-15 faiz artıq avtobus cəlb olunmasına və daha 70 avtobusun isə ehtiyat kimi xətlərə çıxarılmasına baxmayaraq avtobuslar tıxacda qalaraq təyinat yerlərinə vaxtında çata bilməyib.
Məsələn "Koroğlu"-"28 May" istiqamətində hərəkət edən səkkizə yaxın müntəzəm və ekspress xətlər üzrə təxminən 50-dan artıq avtobus bir saatdan da artıq müddətdə sıxlıqda qalıb. Bu hal "28 May" metrostansiyasının ətrafı da daxil olmaqla "Koroğlu" metrostansiyasına qədər bütün dayanacaqlarda sərnişinlərin uzun müddət avtobus gözləməsinə səbəb olub. Eyni vəziyyət Əhmədli-Q.Qarayev-Z.Bünyadov-20 Yanvar dairəsi və əks istiqamətdə də müşahidə edilib". /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR