Dünyada ilk: Həm koronavirusa, həm də qripə yoluxdu
İsrailin Petah Tikva şəhərində gənc hamilə qadın eyni anda həm COVİD-19-a, həm də qripə yoluxub.
KONKRET.az xəbər verir ki, Flurona adı verilən bu xəstəliyə dünyada ilk dəfə rast gəlinir.
Həkimlər hər iki virusa yoluxan qadının vəziyyətini yaxından izləyirlər.
Bildirilir ki, bu xəstəlik tənəffüs yollarına hücum etdiyi üçün nəfəs almaqda çətinlik yaradır.