Dünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTO

Dünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTODünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTO
Xəbər agentliklərinin fotoqraflarının geridə qoymağa hazırlaşdığımız il ərzində dünyanın müxtəlif yerlərində çəkdikləri ən parlaq və yaddaqalan fotolar ənənəvi olaraq dekabrın son günlərində cəmlənərək oxuculara təqdim olunur.
Ötən ilə damğa vuran hadisələrin fotodaycestini təqdim edirik:
Fransada bir milyondan çox insan pensiya yaşının 62-dən 64-ə qaldırılması planlarına qarşı keçirilən etiraz aksiyalarına və tətillərə qatılıb. Təxminən 80 min etirazçı Paris küçələrinə çıxıb, nümayişlər, həmçinin, Fransanın daha 200 şəhərində keçirilib.
Dünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTOKeçmiş Papa XVI Benediktin Vatikandakı Müqəddəs Pyotr kilsəsində dəfn mərasimi zamanı minlərlə insan ona ehtiramını ifadə edib. O, səhhəti ilə əlaqədar təqaüdə çıxdıqdan təxminən on il sonra, 95 yaşında Yeni il gecəsi vəfat edib.
Dünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTOBraziliyanın San-Paulu şəhəri yaxınlığındakı sahilyanı əraziyə rekord həcmdə yağan yağışlar nəticəsində 750-dən çox insan evini itirib, 40-dan çox insan həlak olub.
Dünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTOFevral ayında Türkiyənin cənub-şərqində, Suriya sərhədi yaxınlığında baş verən güclü zəlzələdə onminlərlə insan həlak olub, onminlərlə sakin yaralanıb. Fotoda Hatayda dağılmış binalar arasında tək gəzən qadın əks olunub.
Dünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTOMişel Yeo ən yaxşı qadın roluna görə mükafat alan ilk asiyalı qadın olub, "Hər şey, hər yerdə və dərhal" filmi "Oskar" mükafatlandırma mərasimində üstünlük qazanıb. Multikainat barədə macəra filmi ən yaxşı film, rejissor və orijinal ssenari də daxil olmaqla yeddi nominasiyada mükafat qazanıb. Yeonun həmkarları Ke Hay Syan və Ceymi Li Körtis ikinci dərəcəli aktyor və aktrisa kateqoriyalarında qalib olublar.
Dünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTO71 yaşlı Lyubov Vasilyevna bütün gücü ilə izah etməyə çalışır ki, niyə öz evində qalmaq istəyir və Ukraynanın şərqindəki Donetsk vilayətinin Avdeyevka şəhəri yaxınlığında yerləşən Semyonovka kəndindən təxliyə edilmək istəmir. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləyə başladığı vaxtdan həm Kiyev, həm də Moskva bir-birini Cenevrə Konvensiyalarını pozmaqda ittiham edirlər.
Dünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTOHindistanın Mumbay şəhərindəki Appa Pada gecəqondularında baş verən yanğından sonra əmələ gələn tüstü dumanı. Yanğın nəticəsində mindən çox evə ziyan dəyib və ya dağılıb.
Dünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTOBoliviyanın La-Pas şəhərində müəllimlərin Boliviya Təhsil Nazirliyinin təyin etdiyi yeni kurrikuluma etirazları zamanı polis əməkdaşları qırmızı boya atılmış qalxanlarla keşik çəkirlər.
Dünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTOABŞ-nin keçmiş prezidenti Donald Tramp "susqunluq müqabilində pul ödəmələri" iddiası ilə bağlı məhkəmədə çıxışından sonra Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqo malikanəsində keçirilən mətbuat konfransını tərk edir. Tramp Manhetten məhkəmə zalında iş sənədlərinin saxtalaşdırılması ilə bağlı 34 ittiham bəndi üzrə özünü günahkar hesab etməyib, lakin hələ hakim qarşısına çıxarılmayıb.
Dünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTOİtaliyanın Neapol şəhərinin komandası 33 ildə ilk dəfə A Seriyasında futbol titulunu qazandıqdan sonra azarkeşlər küçələrə çıxaraq mahnı oxuyub, rəqs edib və bir-birlərini qucaqlayıblar.
Dünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTOKral III Çarlz və Kraliça Kamilla İngiltərə paytaxtı Londonda tacqoyma mərasimindən sonra Bukingem sarayının eyvanında dayanıblar. Çarlz 8 sentyabr 2022-ci ildə anası Kraliça II Elizabetin ölümündən sonra kral olub.
Dünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTORuzvelt adasında tramvay İst-River çayını keçərkən insanlar maska taxıblar, çünki Kanadadakı meşə yanğınları nəticəsində yaranan duman və tüstü Manhetten üfüqlərinə yayılıb. Nyu-Yorkun Kvins qəsəbəsindən görüntü.  
Dünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTOKolumbiya Hərbi Hava Qüvvələrinin əməkdaşları Kolumbiya cəngəlliyində təyyarə qəzasında sağ qalan uşaqlara yardım ediblər. Mayın 1-də təyyarənin qəzaya uğramasından sonra yerli əhalidən olan dörd uşaq itkin düşüb və onların tapılması üçün geniş axtarış əməliyyatına başlanılıb. Qırx gün sonra qışqırıq səsləri eşidilib və 13, doqquz, beş və bir yaşlarında olan uşaqlar tapılıblar. Dördü də zəifləmiş və bədənləri susuzlaşmış olmalarına baxmayaraq, sağ qalıb.
Dünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTOAlmaniyanın Kil şəhərində yerləşən Geomar elmi-tədqiqat institutunun alimi Ancela Stivenson Almaniyanın Laboe bölgəsindəki sualtı "çəmənlik"də dəniz otlarını toplayır.
Dünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTOHakim Vinsent Holian İrlandiyanın Qoluey qraflığında yerləşən "Roundstone Connemara" poni sərgisində bir yaşında olan madyanı izləyir.
Dünyanın bir ili: Planetin hər bucağından yaddaqalan görüntülər - FOTOAvstraliyalı sörfçü qadın Oliviya Ottauey Fransız Polineziyasının Teaxupo şəhərində sulara baş vurur. Kənd iyirmi ildən artıqdır ki, Dünya Sörf Liqasının Tahiti Pro yarışını keçirir və gələn il Parisdə keçiriləcək 2024-cü il Olimpiya Oyunlarında sörfinqə ev sahibliyi edəcək.

Xonay Ravelo özünün "Nivariya" atı üzərində oturub və 31 avqust tarixində İspaniyanın cənubunda Qran-Kanariyadakı Moqan dağından "Mavi Ay" kimi tanınan "Super Ay"ı seyr edir.

Yanğınsöndürənlər İndoneziyanın Cənubi Sumatra əyalətinin Oqan İlir bölgəsində yanmış torf sahələri və tarlalarda meşə yanğınını söndürməyə çalışırlar. Ölkənin ən azı altı əyaləti kənd təsərrüfatı plantasiyaları üçün qeyri-qanuni şəkildə qalanan ocaqların törətdiyi meşə yanğınları ilə mübarizə aparmalı olub.

Miqrantlar ABŞ-nin San-Dieqo şəhərində Meksika ilə ABŞ arasındakı əsas və əlavə sərhəd hasarları arasında toplaşıblar və ABŞ immiqrasiya xidmətinin əməkdaşları tərəfindən yoxlamaların aparılmasını, eyni zamanda humanitar yardım işçilərindən yemək gözləyirlər.

Əfqanlar Heratda baş verən 6,3 bal gücündə zəlzələdən sonra dağıntılar üzərində toplaşıblar. Əfqanıstanın qərbində dörd gün ara ilə iki güclü zəlzələ baş verib və nəticədə 1 300-dən çox insan həlak olub. Birləşmiş Millətlər Təşkilatı onilliklər boyu davam edən müharibədən sonra hələ də özünə gəlməyən bir ölkə üçün bunu "fəlakətin zirvəsindəki fəlakət" adlandırıblar.

İsrailin Nir Oz kibbutsundan olan və uşaqları girov götürülən Xadas Kalderon qardaşı qızı ilə birlikdə öldürülən anası Rina Suskeverin yanmış evinə baxır və ağlayır. Oktyabrın 7-də HƏMAS döyüşçüləri Qəzza zolağından İsrailə misligörünməmiş hücuma keçib, 1 200 nəfəri qətlə yetirib, 240-a yaxın insanı girov götürüb.

İsrailin "Dəmir günbəz" raketdən müdafiə sistemi Qəzza zolağından atılan raketlərin qarşısını alır.
Fələstinli qadın İnas Əbu Maamar Qəzza zolağının cənubunda yerləşən Xan-Yunisdəki Naser xəstəxanasında İsrailin hücumu nəticəsində öldürülən beş yaşlı qardaşı qızı Salinin cəsədini qucaqlayıb. 
Maori Yeni Zelandiya, Kraystçerç şəhərinin Nyu-Brayton rayonunda sahilə çıxmış balinaya ehtiram bildirmək üçün karakiya (tilsimlər və dualar) ayinini həyata keçirir.
Filippinin keçmiş prezidenti Rodriqo Dutertenin aparıcı tənqidçisi narkotiklərə qarşı qanlı müharibəsi ilə bağlı ittihamlar üzrə yeddi ilə yaxın həbsdən sonra zaminə buraxılıb. Keçmiş senator Leyla de Lima narkotik satışından əldə edilən pulu almaqda ittiham olunur və bunun siyasi motivli iş olduğunu iddia edir.
İslandiyanın zəlzələ nəticəsində dağılmış Qrindavik şəhərində nəhəng çatlar əmələ gəlib. Səlahiyyətlilər vulkanın tezliklə püskürəcəyindən ehtiyat etdikləri üçün minlərlə insan təxliyə olunub.
Çilinin Pukon şəhərində qarla örtülmüş Villarrika şəhərinin üzərindən tüstü dumanı yüksəlir. Cənubi Amerikanın ən aktiv vulkanlarından biri olan və 2 847 metr yüksəklikdə yerləşən vulkan sonuncu dəfə 2015-ci ildə püskürüb.
Rəqqasələr Polin Okumu və Natalya Komo Nayrobidəki Keniya Milli Teatrında klassik "Şelkunçik" baletinin bayram nümayişi zamanı səhnə arxasında qucaqlaşırlar.
Mənbə: BBC.com


Maraqlı     Baxılıb: 74   Tarix: 28 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Yeni virus pandemiyaya səbəb ola bilər - TƏHLÜKƏ

Yeni virus pandemiyaya səbəb ola bilər - TƏHLÜKƏ . Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. Bu barədə beynəlxalq araşdırmaya istinadən məlumat yayılıb. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onları

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı - FOTO

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı - FOTO. Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbi

Bir saatda qucaqladığı ağaclar afrikalı gəncin adını tarixə yazdı - FOTO

Bir saatda qucaqladığı ağaclar afrikalı gəncin adını tarixə yazdı - FOTO. Qanalı Abubakar Tahiru bir saat ərzində 1123 ağacı qucaqlamaqla rekord qırıb. O bu fəaliyyətini Taskigi Milli Meşəsində həyata keçirib. Rekordun 2

Planetin ən yaşlı ağaclarını çəkmək üçün 14 ilini sərf etdi - FOTO

Planetin ən yaşlı ağaclarını çəkmək üçün 14 ilini sərf etdi - FOTO. Fotoqraf 14 il ərzində planetin bütün ən yaşlı ağaclarını çəkib. Dünyaca məşhur fotoqraf Bet Mun bütün planeti gəzərək dünyanın ən yaşlı ağaclarını çəkib

"Şeytan çarxı" fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO

"Şeytan çarxı" fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO. Sosial şəbəkələrdə paytaxtda bulvar ərazisində yerləşən "Panoram attraksionu"nun (şeytan çarxı) fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlar

Qəbiristanlıqda lüt soyunaraq yolsuzluq avtomobilini sınaqdan keçirən sərxoş rusiyalının şousu - FOTO

Qəbiristanlıqda lüt soyunaraq yolsuzluq avtomobilini sınaqdan keçirən sərxoş rusiyalının şousu - FOTO. Rusiyanın Saxalin şəhərində yolsuzluq avtomobilinin sürücüsü qəbiristanlıqda "yarış" keçirib. O, maşını il

"WhatsApp"da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

"WhatsApp"da uzun müddətdir gözlənilən yeni FUNKSİYA. "WhatsApp" tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər. Tərtibatçıların fikrincə, yenili

Mədəniyyət AFİŞASI: Bakıda bu həftə hansı tədbirlər olacaq? - FOTO

Mədəniyyət AFİŞASI: Bakıda bu həftə hansı tədbirlər olacaq? - FOTO. yaxın günlərdə baş tutacaq tədbirləri bir siyahıya toplayıb. Burada aprelin 22-dən 28-dək Azərbaycanın paytaxtında keçiriləcək tamaşalar, konsertlər, sərgilər

Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO

Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO. Türkiyədə ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən Nihal Candan azadlığa buraxılıb. Buna səbəb kimi onun həbsxanada anoreksiyaya tutulmas


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeberler krimnal bugun cəbhədən şad xəbər cəbhədən canlı