Dünyanın ən bahalı altı çiçəyi

Dünyanın ən bahalı altı çiçəyiDünyanın ən bahalı altı çiçəyi
Gülçülük maraqlı hobbi ilə yanaşı, çox gəlirli biznes də ola bilər. Belə ki, bəzi bitkilərin qiyməti ağlasığmaz dərəcədə bahadır.
Çiçək aləmində bəzi növlər hətta əsl "ulduz" hesab oluna bilər. Olduqca bahalı və nadir olduqları üçün onları planetin yalnız ən zənginləri ala bilir.
Beləliklə, dünyanın ən bahalı güllərini təqdim edirik:
Kapudul
Dünyanın ən bahalı altı çiçəyiBu  gülü almaq mümkün deyil, o, sözün həqiqi mənasında qiymətsizdir. Məsələ ondadır ki, kapudulu qoparmağın mənası yoxdur, o, yalnız gecələr və cəmi bir neçə saatlıq çiçəkləyir.
Bitki kəsildikdə isə cəmi bir saat ərzində solur. Kapudulu  Gecənin kraliçası da adlandırırlar.
Kapudulun çiçəklənməsini görmək üçün yeganə şans şəxsən baxmaqdır. Gecənin kraliçasının vətəni  Şri-Lankadır.
"Culyetta" qızılgülü - $5 mln (8,5 mln AZN)
Dünyanın ən bahalı altı çiçəyiDevid Ostinin şah əsəri olan "Culyetta" qızılgülü böyük əmək və vəsait nəticəsində əldə olunmuş unikal sortdur.
Bu gül ərsəyə 2005-ci ildə Böyük Britaniyada gəlib. Hazırda isə istənilən şəxs ondan zövq ala bilər. Şekspirin romantik sevgi hekayəsinin qəhrəmanının şərəfinə adlandırılan "Cülyetta" şaftalı rəngli gözəl bağ qızılgülüdür.
"Shenzhen Nongke" səhləbi – $202 min (343 min AZN)
Dünyanın ən bahalı altı çiçəyi"Shenzhen Nongke"ni, şübhəsiz, güllərin, səhləblərin, hətta dünya florasının kraliçası adlandırmaq olar.  
Bu gülü anonim qalmağa üstünlük verən şəxs 2005-ci ildə hərracda bütün dövrlər üçün rekord məbləğ hesab olunan 202 min dollara (343 min AZN) alıb.
"Rotşildin Pafiopedilumu" səhləbi - $5 min (8,5 min AZN)
Dünyanın ən bahalı altı çiçəyiSəhləb bu gül növünün pərəstişkarı və bağçılığın himayədarı baron Ferdinand de Rotşildin şərəfinə adlandırılıb.
Hər saplaqda bəzən 30-45 sm diametrədək ola bilən 2-4 iri çiçək olur. "Rotşildin Pafiopedilumu" çiçəkləri, demək olar, eyni zamanda açılır  və uzun müddət qalırlar. 
Zəfəran (krokus) -  bir funtu (təxminən 454 q) $1 500 (2,6 min AZN)
Dünyanın ən bahalı altı çiçəyiZəfəran əsrlər boyu park və bağlarda erkən çiçəkləyən dekorativ bitki kimi becərilib.
Altıləçəkli çiçək tacının rənginə görə iki növü var: sarıtaclı (bura ləçəkləri açıq sarıdan tutmuş tünd narıncıyadək olan bitkilər daxildir) və göytaclı (bura ləçəkləri açıq mavidən tünd bənövşəyiyədək olan bitkilər daxildir).
Müxtəlif sortların uzun müddətli məqsədyönlü qarşılıqlı mayalandırılması nəticəsində çiçəkləmə və yetişmə vaxtına görə fərqlənən çoxlu sayda yeni krokus sortları və hibridləri də yaranıb.
"Kinabalu Qızılı" səhləbi -  $6 min (10 min AZN)
Dünyanın ən bahalı altı çiçəyi"Kinabalu Qızılı" səhləbi "Rotşildin Başmağı" adı altında da tanınır. Bu səhləb növünün nəsli kəsilmək üzrədir.
Onun çiçəkləməsi üçün 15 ilədək vaxt gedə bilər.
Bu nadir səhləbi üfüqi vəziyyətdə olan altı iri ləçəyinə görə müəyyən etmək olar.
Bu unikal gülü, demək olar, əldə etmək mümkün deyil. Ona görə də bitkinin qiyməti "qara bazar"da 6 min dollardan (10 min AZN) yuxarıdır. 

Maraqlı       Tarix: 22 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberleri sou xeberler bugun hava durumu sonxabar