Dünyanın ən bahalı boyunbağıları: TOP 10

Dünyanın ən bahalı boyunbağıları: TOP 10 Dünyanın ən bahalı boyunbağıları: TOP 10
Qadınların zinət əşyalarını sevdikləri heç kimə sirr deyil. Lakin bu zərgərlik məmulatlarının bəziləri olduqca  bahadır. Aşağıda dünyanın ən bahalı 10 boyunbağısı haqqında danışacağıq.
1. "Heritage in Bloom"
Dünyanın ən bahalı boyunbağıları: TOP 10 Dəyəri: $200 mln
383,4 karatlıq brilyant və jadeitli boyunbağıya "Heritage in Bloom" adı verilib. Onun hazırlanması üçün 11551 brilyant lazım olub.
Kompozisiyanın mərkəzində 104 karat ağırlığında heyrətamiz almaz var. 23 digər qüsursuz və şəffaf brilyantla birlikdə, təraşlanmamışdan qabaq 507,55 karatı ağırlığında olan "Cullinan Heritage" almazından kəsilib.
2. "Incomparable"
Dünyanın ən bahalı boyunbağıları: TOP 10 Dəyəri: $55 mln
O, Livanın "Mouawad" zərgərlik brendi tərəfindən 2013-cü ildə hazırlanıb. "Incomparable"in dəyəri 55 mln dollardır və 637 karat ağırlığındadır. Kompozisiyanın mərkəzində 407,48 karat ağırlığında qüsursuz sarımtıl-qəhvəyi rəngli  brilyant yerləşir.
Daş 91 şəffaf brilyantla bəzədilmiş üzüm salxımı formasında olan qızıl ipdən asılıb.
3. "Heart of the Ocean"
Dünyanın ən bahalı boyunbağıları: TOP 10 Dəyəri: $20 mln
 "Okeanın ürəyi" boyunbağısını zərgər Harri Vinston çoxlarımızın sevdiyi "Titanik" filminə baxaraq hazırlayıb.
Boyunbağının mərkəzi hissəsində 13,75 karat ağırlığında ürək formasında təraşlanmış, olduqca nadir tünd-göy rəngdə brilyant var.
4. "Heart of the Kingdom"
Dünyanın ən bahalı boyunbağıları: TOP 10  Dəyəri: $14 mln
"Heart of the Kingdom" boyunbağısı  ümumi ağırlığı 155 karat olan 150 şəffaf brilyant və 41karat ağırlığında tünd-qırmızı birma yaqutundan ibarətdir. O, məşhur zərgərlik şirkəti "Garrard" tərəfindən yaradılıb və rubinin sabiq sahibi  britaniyalı zərgərin şərəfinə adlandırılıb.
 5. Lev Levayevin sarı brilyantlarından ibarət boyunbağı
Dünyanın ən bahalı boyunbağıları: TOP 10 Dəyəri: $10 mln
Beşinci yerdə 77,12 karat çəkisi olan fantaziya sarı brilyantı olan boyunbağı yerləşir.
İsrail almaz maqnatı Lev Levayevin şəxsən özü onu öz şaxtalarından birində tapmışdı.
Təraşlanmış və qızıl və brilyantlardan hazırlanmış zəncirə asılmış bu daş hazırda 10 mln dollar dəyərindədir.
6. "Christie"s" brilyant boğunbağısı
Dünyanın ən bahalı boyunbağıları: TOP 10 Dəyəri: $8.14 mln
Bu unikal boyunbağı ümumi çəkisi 104,84 karat olan 52 dəyirmi brilyantdan düzəldilib. "Christie"s" hər daşın şəffaflığına və keyfiyyətinə zəmanət verir.
7."Etsetera" birma yaqutu ilə boyunbağı
Dünyanın ən bahalı boyunbağıları: TOP 10 Dəyəri: $6,4 mln
Birmadan gətirilmiş yaqutlardan düzəldilmiş "Etsetera"  Honkonqda 2013-cü ilin noyabrında "Christie"s" hərracında 6,4 mln dollara satılmaqla ən bahalı yaqutlu boyunbağı oldu.
Qiymətli daşların (yaqut və brilyantların) ümumi çəkisi 87,78 karatdır.
8. "Mrs. Winston" boyunbağısı
Dünyanın ən bahalı boyunbağıları: TOP 10 Dəyəri: $5,8 mln
Bu boyunbağını Cesika Alba 2013-cü ildə "Qızıl Qlobus" mükafatlarının təqdimat mərasiminə taxmışdı.
 "Mrs. Winston" ümumi çəkisi 187,5 karat olan əsasən armudvari formalı və aşağı hissədə üç ədəd iri yüksək keyfiyyətli  brilyantdan ibarətdir.
9. "Red Scarlet"
Dünyanın ən bahalı boyunbağıları: TOP 10 Dəyəri: $5,1 mln
Bu möhtəşəm boyunbağı müxtəlif çəkidə (1,27-dən 5,38 karatadək) olan 26 tünd-qırmızı birma yaqutundan ibarətdir. Bu yaqutların hər biri armudvari formalı şəffaf brilyantlarla əhatə olunub.
Daşlar yerləşməsinə görə  gül çələnginə bənzəyirlər. Boyunbağıda platin və ağ qızıl da istifadə edilib.
10. "Christie"s"dən olan brilyanlı kulon
Dünyanın ən bahalı boyunbağıları: TOP 10  Dəyəri: $4,8 mln
2001-ci ildə hərracda satılan "Christie"s"dən olan brilyantlı kulon möhtəşəm armudvari və daha xırda yumru brilyantdan hazırlanıb. Bu zərf və ecazkar kulona  ağ qızıldan hazırlanmış sadə zəncir mükəmməl yarayır.
Bu zərgərlik məmulatının əsas brilyantı düz 47,49 karat ağırlığındadır.

Maraqlı       Tarix: 28 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberleri sou xeberler bugun hava durumu sonxabar