Dünyanın ən məşhur sosial şəbəkələri: TOP-10

Dünyanın ən məşhur sosial şəbəkələri: TOP-10Dünyanın ən məşhur sosial şəbəkələri: TOP-10
Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onlarsız boş vaxtımızı təsəvvür edə bilmirik, bəzən sosial şəbəkələr hətta vacib iş aləti də olur.
Beləliklə, aşağıda dünyanın ən məşhur 10 sosial şəbəkəsi haqqında danışacağıq.
10. "Reddit"
Dünyanın ən məşhur sosial şəbəkələri: TOP-10Reddit sosial xəbər saytıdır. İstifadəçilər link, şəkil, video  bölüşməklə yanaşı, öz yazdıqları materialları da sayta yükləyə bilirlər. Sayt 2005-ci ilin iyun ayında təsis edilib. 2019-cu ildə Çinin "Tencent" şirkəti "Reddit"ə 150 milyon dollar investisiya qoyub.
9. "Sina Weibo"
Dünyanın ən məşhur sosial şəbəkələri: TOP-10"Sina Weibo" mikrobloqlar servisidir. O, 2009-cu ilin 14 avqustunda "Sina Corp" şirkəti tərəfindən işə salınıb.
Bir növ "Twitter" və "Facebook"un hibridi olan servis Çində ən məşhur saytlardan biridir.
8. "TikTok"/ "Douyin"
Dünyanın ən məşhur sosial şəbəkələri: TOP-10"TikTok" musiqili qısa videolar, canlı yayımlar yaratmağa və ismarışlar yollamağa  imkan verən sosial şəbəkədir.
Çində "Douyin" adı ilə tanınan sayt 2016-cı ilin sentyabrından işə salınıb. 
2019-cu ilin oktyabr ayına sosial şəbəkənin istifadəçilərinin sayı 500 mln nəfərə çatmışdı.
7. QQ
Dünyanın ən məşhur sosial şəbəkələri: TOP-10QQ Çində ən geniş yayılmış ani ismarış yollamaq servisidir. QQ-nun ilkin adı OICQ idi. Bu adın əsasında artıq mövcud olan ICQ ani ismarış yollamaq servisi dururdu.
6. "Instagram"
Dünyanın ən məşhur sosial şəbəkələri: TOP-10"Instagram"  foto və videoları paylaşmaq üçün sosial şəbəkə elementləri olan tətbiqdir. "Instagram" "facebook" şirkəti tərəfindən 2012-ci ilin aprel ayında alınıb. Şəbəkə  300 milyon dollar pul vəsaiti və şirkətin 23 milyon səhmi dəyərində satılıb ki, bu da ümumilikdə 1 milyard dollar təşkil edib.
2018-ci ildə qeydiyyatdan keçmiş istifadəçilərin sayı 1,1 mlrd nəfərə çatmışdı.
5. "WeChat"
Dünyanın ən məşhur sosial şəbəkələri: TOP-10 "WeChat" Çinin "Tencent" şirkəti  tərəfindən hazırlanmış mətn və səs ismarışlarının ötürülməsi üçün mobil kommunikasiya sistemidir, ilk relizi 2011-ci ilin yanvar ayında işıq üzü görüb.  Bu sosial şəbəkə vasitəsilə məlumatları eyni vaxtda bir neçə ünvana yollamaq, şəkil və video ilə bölüşmək olur.
"Bluetooth" vasitəsilə kontaktları mübadilə etmək imkanı var və istəsəniz, təsadüfi insanlarla əlaqələr qurmaq üçün müxtəlif yollar mövcuddur.
Servis "Facebook" və "Tencent QQ" kimi sosial şəbəkələrlə inteqrasiya olunur.Şəkillərii filtrlərlə emal etmək və onlara yazı əlavə etmək imkanı var.
İstifadəçilərin sayı 2019-cu ilin oktyabr ayı üçün 1,13 mlrd təşkil edib.
4. "Facebook Messenger"
Dünyanın ən məşhur sosial şəbəkələri: TOP-10"Facebook Messenger" "Facebook" tərəfindən ismarış və videoların dərhal ötürülməsi üçün yaradılmış tətbiqdir.
O, "Facebook"un əsas saytında məlumat mübadiləsi sistemi ilə inteqrasiya olunub və MQTT açıq protkolunun bazasında yaradılıb.
3. WhatsApp
Dünyanın ən məşhur sosial şəbəkələri: TOP-10 "WhatsApp" mobil və digər platformalar üçün ismarışların ani mübadilə sistemidir. Mətn ismarışları, şəkil, video və audio göndərməyə imkan verir.
Tətbiq 2016-cı ildən pulsuzdur. Hazırda milyarddan artıq istifadəçisi var.             
2. "YouTube"
Dünyanın ən məşhur sosial şəbəkələri: TOP-10"YouTube" videohostinqi  istifadəçilərə videoların saxlanması, çatdırılması və göstərilməsi xidmətlərini təqdim edir. "YouTube" dünyada ən populyar videohostinq və ziyarətçilərin sayına görə ikinci saytdır.
İstifadəçilər videoyazılara baxa, onları paylaşa, yükləyə, dəyərləndirə, şərh edə bilirlər. Hostinqin istifadəçilərinin sayı 2019-cu ilin oktyabrın ayında 2 mlrd insana çatmışdı.
1. "Facebook"
Dünyanın ən məşhur sosial şəbəkələri: TOP-10"Facebook" ən iri sosial şəbəkə və eyniadlı şirkətdir.
Veb-sayt yeni açılanda  "Thefacebook" adlanırdı və yalnız Harvard Universitetinin tələbələri üçün əlçatan idi. Sonra isə Bostonun digər universitetlərinin tələbələrinə də giriş verildi. Bir müddət sonra isə ABŞ-ın digər təhsil müəssisələrinin ".edu" domenində elektron ünvanı olan tələbələri də bu şəbəkədə qeydiyyatdan keçə bildilər.
Sayt 2006-cı ilin sentyabrından başlayaraq isə elektron ünvanı olan 13 yaşdan yuxarı digər istifadəçilər üçün də əlçatan oldu.
Sosial şəbəkənin istifadəçilərinin sayı 2019-cu ilin oktyabrın ayında 2,41 mlrd insana çatmışdı.

Maraqlı       Tarix: 21 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberleri sou xeberler bugun hava durumu sonxabar