DYP: 'Əcnəbilər qanun qarşısında vətəndaşlarımızdan üstün deyil

DYP: 'Əcnəbilər qanun qarşısında vətəndaşlarımızdan üstün deyil"Azərbaycanın "Yol Hərəkəti Haqqında Qanun"u vətəndaşlarımızla yanaşı respublika ərazisindən tranzit keçən, müvəqqəti olan (viza rejimi əsasında, vizada göstərilən müddət ərzində və vizasız rejimdə müəyyən olunmuş müddətə), müvəqqəti yaşayan, daimi yaşayan, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə münasibətdə eyni hüquqi qüvvədədir".
Bunu "Report"a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
"Burdan da aydın olur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə, qanun qarşısında hər kəs hüquq çərçivəsində bərabər vəzifələri və məsuliyyəti daşıyır. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə münasibətdə törətdikləri inzibati xətalara əsasən, Azərbaycan Miqrasiya Məcəlləsinin 17-ci maddəsinə uyğun olaraq, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdən getməsinin müvəqqəti məhdudlaşdırılması qaydaları nəzərdə tutulur. Həmin maddənin 17.1.7-ci bəndində bu kateqoriyadan olan şəxslərin inzibati xəta törətdikdə inzibati tənbeh tədbirləri icra edilənədək ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisini tərk etdikdən sonra barəsində qüvvədə olan inzibati məsuliyyətinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətdən yayınması halları olduqda onun ölkə ərazisinə daxil olarkən aidiyyəti dövlət orqanının vəsatəti və məhkəmənin qərarına əsasən qanunvericiliyin tələbləri çərçivəsində həmin şəxsin ölkə ərazisinə girişinə məhdudiyyətin qoyulması həyata keçirilə bilər. Bunun üçün də hüquqi statusundan asılı olmayaraq, hər bir şəxsin yaşadığı ölkənin qanunlarına hörmətlə yanaşması zəruridir.
Heç kim unutmamalıdır ki, qanunları bilməmək onları məsuliyyətdən azad etmir. Hər bir kəsin qanunvericiliyin tələblərinə əməl etməsi, xüsusilə yol hərəkəti qaydalarına riayət etməsi şəxsin özünün və ətrafındakı insanların həyat və sağlamlığını etibarlı şəkildə qoruyur və onu məsuliyyətdən azad edir", - o vurğulayıb.

Sosial       Tarix: 02 noyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xəbərlər ensonxeberler maliyye xeberler bugun azerbaycan son xeber bugun