E-Hökumət – zamanın tələbini necə yerinə yetiririk?

E-Hökumət – zamanın tələbi
Qloballaşan dünyada ölkələrarası münasibətlərin yeni inkişaf səviyyəsinin müəyyən edilməsi bu ölkələrin üzv olduğu təşkilatların tələblərinə uyğun şəkildə dövlətlə vətəndaş arasında ünsiyyətin qurulmasını özündə ehtva edir və bu, informasiya və kommmunikasiya texnologiyaları vasitəsilə həyata keçirilir.
Dövlətlə vətəndaş arasında ünsiyyətin inkişaf etdirilməsi, vətəndaş problemlərinin həll edilməsinin obyektiv və vaxt itkisi olmadan həyata keçirilməsi, ən önəmlisi isə demokratik tələblərə uyğun dövlət quruculuğu siyasətinin formalaşdırılması baxımından elektron hökumətin tətbiqi böyük önəm daşıyır.
"Elektron hökumət" (e-Hökumət; ing. – e-Government) müasir dövrün tələbi olmaqla yanaşı, dövlət tərəfindən vətəndaşlara göstərilən xidmətlərin elektron formada həyata keçirilməsi mahiyyətini daşıyır. E-Hökumət ilə dövlət tərəfindən təklif edilən xidmətlərin vətəndaşlara sürətli, keyfiyyətli, kəsintisiz və təhlükəsiz formada çatıdırılması qarşıya qoyulmuşdur. Dövrün tələbi kimi dəyərləndirilən e-Hökumət bürokratik və klassik dövlət anlayışından tamamilə fərqlənir, vətəndaşların dövlət xidmətlərinə çıxışının vasitəsiz təmin edilməsi ilə daha yaxşı dövlət stukturu qurulmasının önünü açır.
E-Hökumət – zamanın tələbini necə yerinə yetiririk?E-Hökumət bizə nə verir?
E-Hökumət anlayışından danışarkən bu birləşmənin "e" deyil, "hökumət" tərəfindən bəhs etmək daha məqsədəuyğundur. Çünki birləşmənin ikinci tərəfi özündə şirkət, qurum və vətəndaş ünsürlərini barındırır ki, bunlar da ümumilikdə e-Hökumətin formalaşmdırılması üçün əsas faktorlardır. E-Hökumətin təklif etdiyi xidmətin təməlində də məhz bu anlayışlardan qaynaqlanan 3 fərqli istiqamət mövcuddur:
Hökumətdən hökumətə (və ya dövlətdən dövlətə); Hökumətdən vətəndaşa; Hökumətdən Biznesə.
E-Hökumətin tətbiqi dövlət-vətəndaş münasibətlərinə yeni anlam qazandırır, dövlət şəffaflığını təmin edir, vətəndaş müraciətlərinin saxta bürokratik maneələrlə əngəllənməsinin qarşısını alır.
Biznes layihələrinin həyata keçirilməsində şəffalığın təmin edilməsi baxımından da e-Hökumət önəm kəsb edir.
E-Hökumət – zamanın tələbini necə yerinə yetiririk?E-Hökumət dövlətə nə qazandırır?
Qloballaşan dünyanın sürətlə inkişaf etdiyi bir dönəmdə Azərbaycanın bu inkişaf xəttinə qatılmasında e-Hökumət önəmli rol oynayır. İnkişaf etmiş texnologiyalardan istifadə, bu texnologiyaların vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi və yeni strukturlu dövlət anlayışının qurulması məhz e-Hökumətin tətbiqi ilə mümkündür.
Ölkəmizdə e-Hökumətin formalaşdırlması prosesinin hüquqi bazası prezident İlham Əliyevin "Azərbaycan Respubikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının" təsdiq edilməsi haqqında Sərəncamı və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanı ilə yaradılıb.
Sərəncam və Fərmandan irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində keçən 10 il ərzində ciddi işlər görülmüş, beynəlxalq təcrübənin tətbiqi ilə e-Hökumətin formalaşdırılmasının yeni keyfiyyətləri üzə çıxarılmışdır.
E-Hökumətin tətbiqi dövlət tərəfdən də xüsusi önəm ərz edir. Belə ki, sözügedən layihə ilə dövlətin şəffalaşdırılması, sürətli və təsirliliyinin artırılması, vətəndaş idarəetməsinin təşkil edilməsi, dövlət orqanları arasında əlaqələrin genişləndirilməsi və müvafiq şəxslərin qərar vermə prosesinin sürətləndirilməsi təmin edilir.
Ölkəmizdə də "Elekron hökumət"in tətbiq edilməsilə texnoloji yeniliklərdən istifadə səviyyəsinin yüksəldilməsi, dövlət orqanlarının işinin səmərəliliyinin artırılması, xidmətlərin yerinə yetirilməsi prosesinin sadələşdirilməsi, təqdim olunan bilgilərin etibarlılığının, tamlığının təmin edilməsi, vaxt itkisinin qarşısının alınması və vətəndaşların bu xidmətlərdən ölkə üzrə yararlana bilməsi üçün səylərin maksimum artırılması kimi müddəalar yerinə yetirilmişdir.
E-Hökumət beynəlxalq təcrübədə
Dünyada e-Hökumət təbiqləri ilk olaraq yerli idarəetmədə özünü gstərmiş, daha sonra ölkələr üzrə yayğınlaşmağa başalmışdır. Hazırda inkişaf etmiş ölkələrələ yanaşı, inkişaf etməkdə olan ölkələrdə də e-Hökumətə önəm verilir.
E-Hökumət dünya ölkələrində iki səbəbə görə həyata keçirilir. Birinci qrup ölkələr bununla korrpusiyaya qarşı mübarizə aparır. E-Hökumətin tətbiq edildiyi ikinci qrup ölkələrdə isə məqsəd vətəndaşların yüksək texnologiyaya sahib olmalarının təmin edilməsidir. Bu da inkişaf etmiş ölkələrə uyğun gəlir.
E-Hökumətlə bağlı ən güvənli ölçü Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən həyata keçirilir. Təşkilatın iki ildən bir yayımladığı "Elektron Hökumətin İnkişafı İndeksi" dünya ölkələrində e-Hökumətin tətbiqini onlayn xidmət, telekommunikasiya infrastrukturu və insan resursları punktları ilə dəyərləndirir. 193 ölkəni əhatə edən sorğunun sonuncusu isə 2020-ci ildə yayımlanıb.  Sorğuya görə, 2018 hesabatında da ilk sırada qərarlaşan Danimarka iki il sonra da yerinə qoruyub. 2018-ci ildə 18-ci sırada yer alan Lüksemburq 2020-ci ildə ilk iyirmiliyə girə biməyib. Litva, Cənubi Kipr və Estoniya isə sıralamada ən çox irəliləyiş əldə edən ölkələr sırasına daxil olub.
"Elektron Hökumətin İnkişafı İndeksi" üzrə Azərbaycanın 69 ölkə arasından 13-cü yerdə qərarlaşdığı müəyyən edilib. Azərbaycan reytinqdə 2018-ci ilə nisbətən öz indeksini 5 bal artıraraq 71 bala qədər yüksəldib və dünya üzrə orta göstəricini 11 bal üstələməyə nail olub.
BMT-nin hazırladığı sorğudan da aydın olduğu üzrə Azərbaycan xidmətlərin elektronlaşdırılması sahəsində inkişaf etmiş ölkələrlə ayaqlaşır.
Biz nələrə diqqət etməliyik
E-Hökumətin reallaşdırlması üçün əsas şərtlərdən birincisi İKT-nin əlçatanlığının təmin edilməsidir. Təəssüf ki, bu şərt bəzi bölgələrimizdə ödənmir, bu da nəticədə e-Hökuməti əlçatan qılmır. Bundan başqa Azərbaycanda elektronlaşdırma ilə bağlı həyata keçiriləcək tədbirlər arasında vətəndaşların e-Hökumətlə bağlı maarifləndirilməsi, geniş sorğular aparmaqla mövcud problemlərin aradan qaldırılması əsas yer tutur.
E-Hökumtədə əsas çatışmazlıqlardan biri də fiziki qüsurlu vətəndaşların istifadəçi kimi nəzərə alınmamasıdır. Bundan əlavə, məlumat gizliliyinin sual altında olması da e-Hökumətin infrastrukturunda ciddi dəyişikliklərin edilməsini şərtləndirir. 
E-Hökumət – zamanın tələbini necə yerinə yetiririk?E-Hökumətlə bağlı sualımızı cavablandıran ekspert Ruslan Haqverdiyev Azərbaycanın tətbiqetmədə öndə olduğunu qeyd edib:
"Azərbaycanın Respublikasının e-hökumət planlaması beynəlxalq təcürbəyə əsaslanaraq davam edir. Bəzi ölkələr bu məsələdə çox öndə olsalar da, Azərbaycan da bu siyahıda öndə gedən ölkələrdən hesab olunur. Son 5 ildə çox iri addımlarda digər ölkələri qabaqlamağa başlayıb.
Ekspert e-Hökumətlə bağlı təkliflərini də səsləndirib:
"Əsas diqqət yetirməli olduğumuz məqam bu xidmətlərdən və vətəndaşın şəxsi imkanlarında sui-istifadə hallarının yaşanmamasına çalışmaqdır. Çünki bu praktika həm dünyada, həm də ölkəmizdə yeni olduğundanbir çox insan bu xidmətləri tam anlamır. Bu da bəzi dələduzların bu xidmətlərdən sui-istifadə etməsinə gətirib çıxara bilər. Məsələn, elektron notarius xidməti istifadəyə verilib. Bu xidmət üzərindən etibarnamələr verilə bilir. Kiminsə başı çıxmırsa, hansısa dələduz özünə hansısa mülk üzərində etibarnamə verə və onu özgəninkiləşdirə bilər. Ona görə bu məsələlərdə çox diqqətli olmaq lazımdır".

Qeyd: Bu məqalə 3-cü "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün yazılıb.

Sosial     Baxılıb: 495   Tarix: 25 iyul 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qalmaqallı məmurun vəzifəsi bəlli oldu

Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı Şəhər İcra Hakimiyyəti nümayəndəsinin davranışı sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Teleqraf-a istinadla xəbər verir ki, kobud davranışı ilə tənqidlərə tuş gələ

Azərbaycan könüllüləri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər - FOTOLAR

Qanlı 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) silsilə tədbirlər həyata keçirib. xəbər verir ki, ölkəni

Yer kürəsində maqnit qasırğası başlayıb

Yer kürəsində maqnit qasırğası başlayıb və hazırda zəif G1 səviyyəsindədir. xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. İnstitut nümayəndəsi bildirib ki, yüksək enliklərdə geomaqni

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,66 ABŞ dolları və ya 2,4 % azalaraq 68,88 ABŞ dolları təşkil edib. bildirir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracları

Bakıda yeddi rayonda söküntü işləri aparılacaq: Ərazilər açıqlandı

"Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır". Bu barədə -a açıqlamasında Azərbaycan Qiymətləndiricilə

Sosial yardıma ayrılan vəsait 4 dəfə artırılıb

Ünvanlı dövlət sosial yardımı 2018-ci ildə 108 milyon manatdan 2026-cı ildə 465 milyon manata qədər yüksəlib, bu da son 7 il ərzində 4,3 dəfə artım deməkdir. xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Ana

Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi

20 Sentyabr - Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olub. -un məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən

Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

Xəzər Universitetinə yeni prorektor təyin edilib. xəbər verir ki, məlumat universitetin mətbuat xidmətindən təsdiq olunub. Bildirilib ki, Ülkər İsayeva Xəzər Universitetinin Elmi işləri üzrə prorektoru vəzifəsinə təyin olunub

Həmin şəxslər bu ölkələrə vizasız gedə biləcək

"Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağl


azerbaycan xeberleri son xeberler yeni xeberler iqtisadiyyat xeberleri bugun kriminal xeberler xəbər xankendi