ƏDV-ni geri almaq daha da əlçətan olacaq: Yeni nəsil kassa aparatları ilə bağlı qaydalar

ƏDV-ni geri almaq daha da əlçətan olacaq: Yeni nəsil kassa aparatları ilə bağlı qaydalarİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işləri davam etdirir.
Vergi Məcəlləsinin 77.5 və 77.7-ci maddələrinə əsasən, mövcud nəzarət-kassa aparatlarını Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş meyarlara cavab verən və Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş NKA-lar ilə əvəz edən vergi ödəyicilərinin həmin aparatların quraşdırılmasına çəkilən xərclərinin dəyəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş həddə NKA quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.
Vergi ödəyicilərinin yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılmasına çəkdiyi xərclərin vergi öhdəlikləri ilə asan, operativ və şəffaf şəkildə əvəzləşdirilməsi, bununla bağlı vahid yanaşmanın təmin edilməsi məqsədilə Dövlət Vergi Xidməti tərəfindən müvafiq qaydalar təsdiqlənib.
Qaydalara əsasən, vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş NKA-nın əldə edilməsinə və quraşdırılmasına çəkdiyi xərclərin elektron qaimə-faktura üzrə əvəzləşdirilmiş ƏDV məbləği nəzərə alınmaqla 350 manat həddində vergi öhdəlikləri ilə əvəzləşdirmək hüququ var.
Vergi ödəyiciləri NKA-nı əvəz etdikdən sonra, onun quraşdırılmasına çəkilən xərclərin dəyərinin yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilməsi üçün müvafiq ərizə formasını dolduraraq qeydiyyatda olduqları vergi orqanına elektron formada və ya kağız daşıyıcıda təqdim etməlidirlər. Ərizə NKA-nın əvəz edildiyi tarixdən 3 il ərzində təqdim oluna bilər. Vergi ödəyicisinin ərizəsinə daxil olduğu tarixdən 15 iş günü ərzində baxılır.
Vergi ödəyiciləri təqdim etdikləri ərizədə məlumatların düzgün doldurulmamasına görə məsuliyyət daşıyırlar. Ərizədə məlumatlarında uyğunsuzluq aşkar edildikdə NKA-nın quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir. Xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməməsinə əsas verən kənarlaşmalar aradan qaldırıldıqdan sonra vergi ödəyicisi tərəfindən yenidən müraciət edilə bilər.
NKA 2019-cu il yanvarın 1-dək quraşdırıldıqda, həmçinin həmin tarixdən sonra quraşdırıldılsa da, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab vermədikdə, eyni zamanda, həmin meyarlara cavab verməsinə baxmayaraq, əvvəllər istifadədə olan NKA-nı əvəzləmədikdə, onun quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır.  Sahibkarlar üçün də rahat və əlverişli nəzarət mexanizmi yaradan yeni nəsil NKA-ların 2022-ci ilin sonunadək bütün ölkədə tətbiqi nəzərdə tutulub.
Hazırda ölkə üzrə 43 minə yaxın yeni nəsil NKA quraşdırılıb.

İqtisadiyyat       Tarix: 18 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler meherremlik 2026 metbuat xeberleri son xəbər