Əfsanəvi basketbolçu Brayantın ən kədərli imzası: Pula görə xəyalından əl çəkdi - FOTO
Əfsanəvi basketbolçu Brayantın ən kədərli imzası: Pula görə xəyalından əl çəkdi - FOTO
Bir çox basketbolçunun tərcümeyi-halını yazan məşhur yazıçı Roland Lazenbi, Kobe Brayantın ayaqqabı nəhəngi "Adidas" ilə müqavilə bağlamaq üçün xəyalının üstündən necə xətt çəkməsindən bəhs edib.
O, Sonny Vakkaronun (sonradan "Adidas"a keçən "Nike" işçisi) xatirələrini buna əsas gətirib. Müəllifin sözlərinə görə həmin vaxt Kobenin xeyli pula ehtiyacı olub.
"Sonny Vakkaro mənim fikrimcə Kobe Bryantın həyatının ən kədərli anını xatırlayıb. Kobe Nyu-Yorkda italyan restoranında müqavilə imzalamaq üzrə idi. Ancaq sonra tərəddüdlə Sonni Vakkaroya baxdı: "Elə olarmı ki, mən buna qol çəkim ki, valideynlərim pul alsınlar, amma eyni zamanda mən basketbol kollecində oynayım?" Buna əlbəttə ki, cavab verilmədi, yəni yox deyildi. Müqaviləni imzaladı, valideynləri pulu aldılar. Sonradan bu, Kobe ilə valideynləri arasında böyük münaqişənin bir hissəsi oldu", - deyə Lazenbi bildirib.
Məsələ bursalında idi ki, Kobe NCAA-da (Milli Kollec Atletika Assosiasiyası) "Dyuk" komandası üçün oynamaq istəyirdi, amma idmançının ailəsi ehtiyac içində boğulurdu. Nəticədə ailə pulu aldı, Brayant isə arzusunun üstündən xətt çəkməli oldu - heç vaxt kollec komandasında oynamadı, birbaşa NBA-ya keçdi.
Xatırladaq ki, məşhur basketbolçu, beşqat NBA çempionu Kobe Brayant qızı Cinna-Mariya ilə birlikdə 2020-ci il yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində helikopter qəzasında həyatını itirib.
Mənbə: Championat / oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR