"Əgər Ermənistan sülh istəyirsə, Azərbaycanla Naxçıvanı birləşdirən yol açılmalıdır
Siyasi şərhçi Elşad Paşasoy bu gün qonağı olduğu AzTV-də yayımlanan "Hədəf" verilişində Ermənistan-Azərbaycan münasibətləri və regiondakı nəqliyyat-kommunikasiya imkanları barədə fikirlərini bölüşüb.
azxeber.com xəbər verir ki, o, bildirib ki, əgər Azərbaycan və Ermənistan arasında ikitərəfli əsaslarla sülh prosesində müəyyən irəliləyiş əldə edilibsə, məhz bu istiqamətdən başlamaq vacibdir. Paşasoyun sözlərinə görə, hələlik qitələrarası daşımaları, rabitəni və logistikanı bir kənara qoyaraq, ilk növbədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yolun açılması məsələsinə diqqət yetirilməlidir.
"Elə bir yoldan söhbət gedir ki, bu, sadəcə yol deyil, həm də dəhliz funksiyası daşıyır. Ermənistan əgər doğrudan da Azərbaycanla sülh imzalamağa hazırdırsa, ilk növbədə bu yolun açılmasına razılıq verməlidir. Bu dəhlizdən Ermənistanın özü də fayda götürə bilər. Rəsmi İrəvan bunu anlamalıdır," – deyə Paşasoy vurğulayıb.
Siyasi şərhçi qeyd edib ki, əgər Ermənistan tərəfindən bu istiqamətdə düşüncələr formalaşıb və Azərbaycanın təklif etdiyi həll yolunu qəbul etməyə hazırdırlarsa, artıq gecikmə yalnız Ermənistanın öz maraqlarına zidd olacaq. Çünki Azərbaycanın alternativ yol imkanları da mövcuddur.
"Elə bir alternativ yol da var ki, Araz çayı üzərindən İran ərazisinə keçməklə həyata keçirilə bilər. Gələcəkdə bu yolun da dəhliz funksiyası yerinə yetirməsi istisna deyil və bu məsələ də müzakirə mövzusudur," – deyə Paşasoy fikrini tamamlayıb.
Oksana Orucova

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi