Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR

Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLARMilli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Türkmənistanın Avaza şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.
azxeber.com xəbər verir ki, tədbir Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası və Türkmənistan Məclisinin təşkilatçılığı ilə "Səhiyyə xidmətlərinin hamı üçün əlçatanlığı və dayanıqlı inkişaf məqsədləri" mövzusunda keçirilir.
Konfrans Türkmənistanın 2026-cı ildə MDB-yə sədrliyi çərçivəsində və MDB-də Səhiyyənin Mühafizəsi İli münasibətilə "Razılaşdırılmış siyasət və milli strategiyalar" devizi altında təşkil olunub.
Konfransın açılış mərasimində çıxış edən Əhliman Əmiraslanov Azərbaycanda səhiyyə sisteminin dayanıqlılığının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib.
O, həmçinin tibbi təhsilin və beynəlxalq əməkdaşlığın inkişafı, eləcə də icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı görülən işlərdən danışıb.
Komitə sədri səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsində ilkin səhiyyə xidmətləri, profilaktika, erkən diaqnostika və əhali arasında sağlam həyat tərzinin formalaşdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Çıxış zamanı səhiyyə sahəsində qanunvericiliyin təkmilləşdirilməsində parlamentlərin roluna da diqqət çəkilib.
Əhliman Əmiraslanov Azərbaycanın beynəlxalq və parlamentlərarası əməkdaşlığın davam etdirilməsində və dayanıqlı səhiyyə sistemlərinin gücləndirilməsində maraqlı olduğunu bildirib.
Qeyd edək ki, konfransın səhiyyə sistemlərinin inkişafı məsələləri üzrə MDB məkanında əsas parlament və ekspert platformalarından birinə çevrilməsi nəzərdə tutulur.
Tədbir həmçinin 2027-ci ilin sentyabrında BMT Baş Assambleyasının səhiyyə xidmətlərinin ümumi əlçatanlığına dair yüksək səviyyəli iclasına hazırlıq baxımından regional məsləhətləşmələr və siyasətin razılaşdırılması platforması kimi qiymətləndirilir.
Əhliman Əmiraslanovun Türkmənistana səfəri oktyabrın 9-da başa çatacaq.
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLARƏhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLARƏhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR

Sosial       Tarix: 07 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yen

Ombudsman aparatında yoxlama - 12 min manat maaş məsələsi gündəmdə

Hesablama Palatası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) aparatının və regional mərkəzlərinin dövlət vəsaitindən və digər dövlət əmlakının istifadə etməsi ilə bağlı yoxlamalar aparıb. Bu barədə Palatadan bildirilib

Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır

Azərbaycanla Qazaxıstan arasında "Transxəzər Fiber-Optik Rabitə Xətti"nin oktyabr ayında istifadəyə verilməsi planlaşdırılır. Bu barədə Qazaxıstanın rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib. Tərəflər artı

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyə

Azərbaycanda sanatoriyada meyit tapıldı

Naftalanda sanatoriyadan meyit tapılıb. -a istinadən bildirir ki, hadisə şəhərdə yerləşən sanatoriyalardan birində qeydə alınıb. Meyiti tapılan şəxsin Özbəkistan Respublikasının vətəndaşı, 69 yaşlı Zufarof Mahmudoviçdir

Prezidentdən Jalə Əliyeva ilə bağlı - Sərəncam

Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Jalə Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətin

Huşunu itirənlər, dava edənlər, kabinə girən sərnişinlər… – Təyyarələrdə yaşanan qeyri-adi hadisələr

Xəbər verdiyimiz kimi, Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsində uçuş zamanı pilotlar arasında insident baş verib. Belə ki, təyyarənin ikinci pilotunun kapitana hücum etdiyi və hava gəmisini

Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətində

Zəhərli insanı bir söz demədən yerində oturtmaq üçün 5 psixoloji üsul

Zəhərli insanlarla ünsiyyətdə ən güclü mövqe mübahisədə qalib gəlmək deyil, öz davranışınıza nəzarəti qorumaqdır. Zəhərli insan hər zaman açıq şəkildə münaqişə yaratmır. Bəzən bir neçə xoşagəlməz söz, nümayişkaranə baxı


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun 2026 cəbhədən son xəbər bu gune olan xeberler xəbər