Ekspert erməni mediasını məyus etdi: "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq"

Ekspert erməni mediasını məyus etdi: Yaxın Şərq ölkələri üzrə rusiyalı ekspert Stanislav Tarasov Ermənistanın "Hraparak" qəzetinə müsahibə verib. O, Azərbaycan – Ermənistan münasibətlərindən, sülh müqaviləsi, Bakıda keçirilən COP29 və s. məsələlərdən danışıb.
KONKRET.az müsahibəni ixtisarlarla təqdim edir:
– Moskvada KTMT diplomatlarının Rusiyanın xarici işlər naziri Lavrovla görüşü baş tutub. Görüşdə ER səfiri də iştirak edib. Bu hadisə ilə bağlı yalnız rəsmi məlumat məlumdur, əlavə məlumatınız varsa, bizə də açıqlayıb. İclasda "Artsax"dan danışılıb?
– Xeyr. Hələlik həmin görüşlə bağlı əlavə məlumatımız yoxdur. Çox güman ki, "Artsax"la bağlı ayrıca söhbət olmayıb. Mirzoyan səviyyəsində Ermənistan nümayəndə heyətinin Bakıya səfər edəcəyi gözlənilirdi, lakin onlar getmədilər, Mirzoyan həmin gün İsveçə getdi. Qafqazda və konkret olaraq Bakıda ilk dəfə atmosferlə bağlı konfransın keçirilməsi Azərbaycanın siyasi və diplomatik gücünə dəlalət edir və demək olar ki, Bakı güclü mövqedən çıxış edir.
– Sülh müqaviləsinin perspektivi necədir?
– Məncə, bu, qeyri-müəyyəndir, Bu, yalnız Tramp hakimiyyətə gəlib fəaliyyətə başlayanda, yəni inauqurasiyadan sonra aydın olacaq. Amma onun gündəmində Qafqaz olmayacaq, prioritet Ukrayna, Avropa, Yaxın Şərq, sonra Qafqazdır. Yəqin ki, indi tərəflər Trampın mövqeyini gözləyirlər. Hazırkı proqnozlara görə, amerikalılar regiondan çəkiləcək – bu aydındır, Ermənistanın vəziyyəti getdikcə pisləşir, çünki Avropa regionda uğursuzluğa düçar olacaq, ermənilər həmişə olduğu kimi mühüm qərarlarda gecikir, hadisələrdən geri qalırlar.
– Hansı qərarları nəzərdə tutursunuz?
– Bütün son qərarlar, Paşinyan həmişə gecikir, hadisələri əvvəlcədən müəyyənləşdirməli, hadisələri qabaqlamalıdır, halbuki o, həmişə olduğu kimi, geri qalır. Əliyev ondan 2-3 addım öndədir. O, artıq Trampla razılaşıb, Paşinyan isə gözləyir. Makron indi təcriddədir, Paşinyan Makronun yanındadır, Makrondan isə heç bir fayda yoxdur. Avropa böhran içindədir, Ermənistan Avropadan hansı yardım gözləyir? O, Moskvadan məsafə saxlayır. Moskva müxtəlif formatlar təklif etdi, Ermənistan cavab vermir. Hazırda Azərbaycanda insanlar belə bir fikrə meyllidirlər ki, güc amilinə keçmək yersiz başağrısı gətirəcək və indi dayanıb vəziyyəti izləyirlər. Çox güman ki, sonda Əliyevin dediyi olacaq.
– COP29 Ermənistan iştirak etmədi. Bizdə belə fikirlər var ki, erməni tərəfi bununla Azərbaycana təzyiq edir ki, "əsirləri" qaytarsın
– Onlar ayrı mövzudur. Dəqiqləşdirmək lazımdır, hansı əsirləri nəzərdə tutursunuz?
– "Artsax" rəhbərliyini
– Moskva hətta Əliyevə Qarabağın keçmiş rəhbərlərinin buraxılması ilə bağlı sual ünvanlasa, deyəcəklər ki, məhkəmə bitməyib.
– Gürcüstan İrəvanla Bakı arasında vasitəçi olmağı təklif etdi. Ola bilər, siz nə düşünürsünüz? 
– Qoy olsun. Moskva deyir zəhmət olmasa, hərəkətə keçin.
– ABŞ-də prezident seçkiləri öncəsi Azərbaycan və Ermənistanın gözləmə mövqeyində olduğunu demişdiniz. İndi Tramp seçiləndən sonra proqnozunuz nədir, nə dəyişəcək?
– O, seçilib, amma vəzifə tutmur. Yanvarın 20-dən sonra buna aydınlıq gələcək.
– Sizcə, sülh müqaviləsi hansı perspektivə malikdir və nə vaxt imzalanacaq? 
– Bu il, məncə, yox. Çox güman ki, yazda.
Məlik,
KONKRET.az

Siyasi       Tarix: 16 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler bugun son xeberler bugun 2026 azerbaycan en yeni xeberler qarabag