Ekspert: "Mənzillərin sertifikatla satışa çıxarılması birmənalı qarşılanmayacaq" - ŞƏRH + FOTO

Ekspert: Ekspert: "Mənzillərin sertifikatla satışa çıxarılması birmənalı qarşılanmayacaq" - ŞƏRH + FOTO
Azərbaycanda "Daşınmaz əmlak sertifikatları haqqında Qaydalar"ın təsdiq edilməsindən 8 ilə yaxın vaxt keçib. Məlum olub ki, bu günə qədər daşınmaz əmlak sertifikatlarının buraxılışı ilə bağlı quruma heç bir müraciət daxil olmayıb.
Bəs görəsən, daşınmaz əmlak sertifikatına marağın azalmasının səbəbi nədir? Niyə müraciət edən yoxdur? Sertifikatın müsbət və mənfi cəhətləri hansılardır?
Mövzu ilə bağlı  Oxu.Az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, vətəndaşların sertifikatlı mənzillərə marağı azalıb:
Ekspert: "Təxminən 2000-ci illərin əvvəllərində inşa edilən bəzi çoxmənzilli yaşayış binalarında ilkin sənəd olaraq sertifikat verilirdi. Lakin sertifikatlar dəyişdirilə bilmirdi. Yəni bir nəfər sertifikatla mənzil alıbsa, onu satarkən növbəti şəxsin adı ilə yanaşı əvvəlki şəxsin də adı keçirdi. Və bu dəfələrlə təkrarlanırdı. Vətəndaşların bu səbəbdən sertifikatlı mənzillərə marağı azalıb.
Yeni tikili çoxmərtəbəli binaların satışı iki mexanizm ilə həyata keçirilir. Bir Mənzil Tikinti Kooperativinin (MTK) verdiyi alqı-satqı müqaviləsi, maliyyə arayışı və çıxarış. Vətəndaşlar daha çox çıxarışlı mənzillərə üstünlük verirlər".
Ekspert qeyd edib ki, mənzillərin sertifikatla satışa çıxarılması birmənalı qarşılanmayacaq:
"Müqaviləli mənzillərin satışı zamanı çox hallarda vətəndaşlara zərərlər dəyib. MTK-lar tərəfində zərərçəkmiş şəxslərin sayı 5200-dən artıqdır. Onların mənzilləri bir neçə şəxsə satılıb və ya tikilib başa çatmayıb. Binalar tikilərkən ilkin çıxarışla satılması uyğundur. İlkin çıxarış praktikası mövcuddur. Bəzi şirkətlər var ki, uzunmüddətli daxili kreditlərlə mənzillər satırlar. Hətta bir neçə ilə tikiləcək binaları da ilkin çıxarışla bank vasitəsi ilə satmaq olar. Müqavilə mexanizmi effektiv deyil. İnsanlar aldadılmamaq və qeydiyyata düşmək üçün çıxarışlı mənzillərə üstünlük verirlər".
"Düşünürəm ki, mənzillərin satış prosesi dəyişdirilməlidir. MTK-lar satış zamanı ilkin çıxarış verərsə, böyük əminlik yaradacaq.
Təklif edirəm ki, satış mexanizmi MTK-lardan alınıb, səlahiyyətli dövlət qurumlarına verilsin. Bir bina inşa olunarkən, aidiyyəti dövlət qurumlarından sənədlər toplanılır, razılıq alınır. Tikinti şirkətlərinə güzəştlər edilməlidir.
Son illər tikilən binalar qəzalı vəziyyətdə olanlar üzərindən aparılır. Qəzalı binalar sökülür. Üzərindən yeni binalar tikilir. Dəstək lazımdır ki, Bakı qəzalı binalardan qurtulsun. Bu həm alıcılığı, həm də vətəndaşlara inamı artıracaq. Bununla yanaşı mənzillərin bir neçə nəfərə satılmasının da qarşısı alınacaq", - deyə E.Fərzəliyev əlavə edib.
Nəzrin Vahid

Maraqlı       Tarix: 23 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam.az xeberler son xeberler bugun 2026 azerbaycan hava proqnozu son xəbər