Ekspert: "Yaxın vaxtlarda taksi qiymətlərinin yüksələcəyini düşünmürəm" - AÇIQLAMA + FOTO

Ekspert: Ekspert: "Yaxın vaxtlarda taksi qiymətlərinin yüksələcəyini düşünmürəm" - AÇIQLAMA + FOTO
Azərbaycanda taksidən istifadə edənlərin sayında son vaxtlar artım müşahidə olunur.
Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 94,7 milyon ton yük, 1 200,2 milyon sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2% və 18,4% artım qeydə alınıb.
Sərnişinlərin 94,7%-i avtobus, 5,3%-i isə taksilərin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 5%, sərnişin dövriyyəsi isə 18% artıb.
Bəs görəsən, bu taksi qiymətlərinə təsir edə bilərmi? Taksiyə müraciətlərin sayının artması nə ilə bağlıdır? Ötən illərlə müqayisə etsək, hansı məqamlar ortaya çıxa bilər?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov başlıca səbəbi mövsümlə əlaqələndirib:
Ekspert: "İctimai nəqliyyatın ən kütləvi seqmenti bu gün avtobusdur. Avtobuslar daha çox sərnişin daşıyırlar. Taksilərin də son vaxtlar sərnişindaşımada payının artmasının mövsümlə əlaqəli olduğunu düşünürəm. Yay mövsümündə tətillər olduğu üçün ictimai nəqliyyatdan istifadə indiyə nisbətən zəif idi. Həmçinin taksidən də az istifadə edirdilər.
Lakin sentyabr ayından məktəb və universitetlər açılıb. Nəticədə insanların hərəkəti artıb. Bu da öz növbəsində ictimai nəqliyyat vasitələrinə olan tələbatı daha da artırır",
Ekspert qeyd edib ki, ölkəmizdə ictimai nəqliyyat çoxşaxəli deyil:
"Bakı şəhərində ictimai nəqliyyat o qədər də çoxşaxəli deyil. İctimai nəqliyyat yalnız metro və avtobusdan ibarətdir. Burada taksinin də payı nəzərəçarpacaq dərəcədədir. Taksi ictimai nəqliyyatın yükünün bir qismini öz üzərinə götürə bilir. Bakı və ətraf ərazilərdə bu səbəbdən taksiyə tələb daha çoxdur".
"Taksiyə tələbin çox olması ilə yanaşı minik avtomobillərin də sayı yetərincədir. Taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin sayı da ildən-ilə artır. Taksidə fəaliyyət göstərən vətəndaşların da sayı kifayət qədər çoxdur. Ona görə balans yaranır. Tələb və təklif bir-birini tənzimləyir. Taksilərin yaxın vaxtlarda qiymətlərin yüksələcəyini düşünmürəm", - deyə E.Cəfərov əlavə edib.
Qeyd edək ki, "Avtomobil nəqliyyatı haqqında" qanunda edilmiş dəyişikliklər oktyabr ayının 1-dən etibarən tətbiq edilib. Yeni qaydalara əsasən, Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərə məcburi şəkildə taksometr quraşdırılmalıdır.
Belə ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gediş haqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.
Nəzrin Vahid

Maraqlı       Tarix: 13 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam.az xeberler son xeberler bugun 2026 azerbaycan hava proqnozu son xəbər