El məsəlini əyani göstərən rusiyalı deputata ağlasığmaz cəza - FOTO
El məsəlini əyani göstərən rusiyalı deputata ağlasığmaz cəza - FOTO
Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətini qulaqlarında əriştə ilə dinləyən Samaradan millət vəkili Mixail Abdalkin hakim qarşısına çıxarılacaq.
Bu barədə deputatın özü xəbər verib.
Ona qarşı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq ittihamı ilə inzibati protokol tərtib edilib. Bu maddə üzrə cəza 50 min rubla (1,1 min manata) qədər cərimə nəzərdə tutur. Məhkəmə martın 7-nə təyin edilib.
Abdalkin ordunu nüfuzdan necə saldığını bilmədiyini, bu iş üzrə mübarizə aparacağını və günahsız olduğunu sübut edəcəyini vəd verib.
Qeyd edək ki, fevralın 21-də Abdalkin sosial şəbəkə hesabından prezidentin mesajını qulaqlarında əriştə ilə dinlədiyini göstərən video yayımlayıb.
Yeri gəlmişkən, "qulaqlardan əriştə asmaq" frazeologiyası Rusiya ədəbiyyatında kiməsə həyasızcasına yalan danışmaq, adamı qəsdən çaşdırmaq, aldatmaq, yalan məlumat vermək, nağıllar danışmaq, əsas məsələdən fikrini yayındırmaq və s. mənasına gəlir.


Mənbə: Gazeta.ru / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR