Əlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcər şəhərində keçirilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcər şəhərində keçirilibAzərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası Kəlbəcər şəhərində keçirilib.
KONKRET.az xəbər verir ki, Qərargahın rəhbəri sentyabr ayında Azərbaycan tarixində xüsusi əhəmiyyətli bir sıra hadisələrin baş verdiyini vurğulayaraq, bir il əvvəl sentyabrın 19-20-də Qarabağda həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin dövlət suverenliyinin tam bərpa edildiyini bildirib. Qeyd olunub ki, bu tarixi günün ildönümü ərəfəsində dövlətimizin başçısı tərəfindən sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilib.
İclasda Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi dərin hörmətlə yad edilərək, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin Zəfərlə nəticələnməsinin uzaq keçmişdən davam edən ədalətsiz tarixi prosesə son qoyduğu və torpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılmasına yol açdığı iştirakçıların diqqətinə çatdırılıb.
Qərargahın rəhbəri bildirib ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilər böyük quruculuq və bərpa dövrünü yaşayır. Dövlətimizin başçısının təsdiqlədiyi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən işğaldan azad edilmiş ərazilərin hərtərəfli inkişafına nail olmaq məqsədilə bütün prioritet istiqamətlər üzrə çoxşaxəli işlər görülür.
İşğaldan azad edilmiş ərazilərdə müasir və səmərəli istehsal, ticarət və xidmət infrastrukturlarının yaradılması, sənaye potensialının reallaşdırılması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində bir sıra tədbirlərin, o cümlədən investisiya layihələrinin maliyyələşdirilməsinin, sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin olunmasının və kredit faizlərinin subsidiyalaşdırılmasının həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, cəmi 3 il ərzində Ağdam Sənaye Parkı rezident sayına görə ölkə sənaye parkları arasında ikinci yerdə qərarlaşıb.
Bununla yanaşı, dayanıqlı məskunlaşmanın təmin olunması üçün keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin kompleks şəkildə həlli və onların davamlı iqtisadi fəallığının təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirildiyi bildirilib.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası, əhalinin məşğulluğunun və dayanıqlı məskunlaşmasının təmin edilməsi, ərazilərdə nəqliyyat infrastrukturunun qurulması, habelə bölgədə turizmin bərpası və inkişafı sahələri üzrə görülən işlər barədə məruzələr dinlənilib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəliyi tərəfindən görülən və planlaşdırılan işlər barədə məlumatlar təqdim edilib.
İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əlaqələndirmə Qərargahı qarşısında qoyulan vəzifələrin icrasından irəli gələrək müvafiq tapşırıqlar verilib.
Səfər çərçivəsində Kəlbəcər rayonunun ərazisində görülmüş müvafiq işlərlə tanışlıq olub və bir sıra obyektlərə baxış həyata keçirilib.
Əlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcər şəhərində keçirilibƏlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcər şəhərində keçirilibƏlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcər şəhərində keçirilibƏlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcər şəhərində keçirilibƏlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcər şəhərində keçirilibƏlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcər şəhərində keçirilibƏlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcər şəhərində keçirilibƏlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcər şəhərində keçirilib

Siyasi       Tarix: 25 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu en son xeberler bu gun valyuta mezennesi banklar xəbərlər