Eldar Mirzəliyev: 'Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi

Eldar Mirzəliyev: 'Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildiAzərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi kökləri var. Təəssüf ki, Azərbaycan SSRİ-nin tərkibində olan zaman xarici siyasətini özü tənzimləmədiyi üçün bu münasbətlərdə soyuqluq yaranmışdır.
Lakin buna baxmayaraq Azərbaycan və Türkiyə bütün tarixi dövrlərdə bir-birinin yanında olmuş və çətin günlərində dəstəkləmişdir. Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşmüş, Çanaqqalada Azərbaycandan gedən igidlər Anadolunun dəliqanlıları ilə birlikdə mübarizə aparıb, şəhadətə ucalmış, zəfər qazanmışdır. Qafqaz İslam Ordusu Nuru Paşanın rəhbərliyi ilə azərbaycanlı qardaşlarının köməyinə gəlmişdir.
Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlət məhz Türkiyə olmuşdur. Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr isə 1992-ci ildə yaradılmışdır. Bu gün isə Azərbaycan - Türkiyə münasibətləri özünün ən yüksək zirvəsindədir. Müqəddəs Vətən müharibəsi dövründə də Türkiyənin həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer alması, erməni işğalından azad olunan torpaqlarımızda ilk rəsmi səfərdə olan dövlət başçısının məhz Türkiyə Republikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın olması bunun bariz nümunəsidir.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadələrini xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirən iki liderin bu dəfəki görüşü əhəmiyyətli hadisə kimi tarixə düşdü.
Bu görüşün məhz Pənahəli xan diyarı, Molla Pənah Vaqifin, Xurşidbanu Natavanın, Bülübülün və digər ustadların ruhunun yaşadığı Şuşada baş tutmasının və Şuşa Bəyannaməsinin imzalanmasının xüsusi tarixi əhəmiyyəti və mənası vardır.
44 günlük Vətən müharibəsində qazandığımız Qarabağ Zəfəri dünyada və regionda yeni reallıq yaratdı. Zaman keçdikcə bu reallıq daha aydın görünəcək, həm region, həm də dünya ölkələri bundan faydalanacaqdır.
Münaqişənin bitməsi yenidən başlama təhlükəsinin olmaması anlamına gəlmir. Ermənistan tərəfində buna cəhd göstərən, revanşist qüvvələrin mövcudluğu bütün dünyaya bəllidir. Lakin Azərbaycan atdığı addımlarla, yürütdüyü siyasətlə regiondakı sabitliyi, əmin – amanlığı qoruyur və regionda uzun müddət davam edəcək sülh və inkişaf yolu yaradır.
Tezliklə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, qonşu ölkələrin qarşılıqlı əməkdaşlığı regionda yeni inkişafın başlanğıcı olacaqdır. Bu inkişaf Ermənistan üçün də yeni dövrün başlanğıcı ola bilər. Bunun üçün də Ermənistan qalib ölkə Azərbaycanın bütün tələbləri ilə razılaşmalı və ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmalıdır.
Həmçinin iki qardaş ölkə imzalanan Müttəfiqlik haqqında bəyannamə ilə Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu bir daha bütün dünyaya bəyan etdi. Bu bəyannamə ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi və iki ölkə arasındakı münasibətlərin yeni mərhələsi başlamış oldu.
Qarabağı işğaldan azad edən Azərbaycan xalqı tarixi ədaləti bərpa edib. Bütün bu proseslərdə Azərbaycanın haqq səsini dünyaya çatdıran və dəstək olan Türkiyə işğaldan azad olunmuş ərazilərin, erməni vandalizmə məruz qalmış binaların, Azərbaycana məxsus tarixi abidələrin, Azərbaycan mədəniyyətinə aid maddi-mənəvi sərvətlərin bərpası zamanı da yanımızda olacaq, həm də keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına töhfə verəcəkdir.
Dünən, bu gün olduğu kimi gələcəkdə də bu iki xalq bərabər olacaqdır.
Eldar Mirzəliyev,
Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin üzvü, Hüquq Məsələləri Daimi Komissiyasının sədri

Sosial       Tarix: 19 iyun 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər son xeberler bugun 2026 azerbaycan en son xeberler xəbər az