Əli Əsədov ÜST-ün Avropa üzrə regional direktoru ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 19-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən bildirilib.
Görüşdə Bakıda davam edən COP29-un əhəmiyyəti vurğulanıb, konfrans çərçivəsində iqlim dəyişikliklərinin sağlamlığa təsirlərinin azaldılması ilə bağlı müxtəlif tədbirlərin keçirildiyi qeyd edilib.
Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən proqram və layihələrin ÜST-ün prioritet istiqamətləri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyü vurğulanıb.
Söhbət zamanı səhiyyənin müxtəlif sahələrində, o cümlədən iqlim dəyişikliklərinin insan sağlamlığına təsirlərinin azaldılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi