Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı - QƏRAR
Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı - QƏRAR
Dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər təsdiqlənib.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla müəyyən olunub ki, dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi üçün hər bir dövlət ümumi təhsil müəssisəsi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında "həyəcan" düyməsi ilə təmin edilir.
Maliyyə Nazirliyi dövlət ümumi təhsil müəssisələrinin "həyəcan" düyməsi ilə təchiz olunması üçün tələb olunan vəsaitin 2019-cu ildə həmin təhsil müəssisələrinin tabe olduqları müvafiq orqanlar (qurumlar) üçün dövlət büdcəsində təsdiq olunmuş xərclər hesabına maliyyələşdirilməsini və 2020-ci ildən etibarən hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin edəcək.
Maliyyə Nazirliyi bunu Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə razılaşdırmalıdır.
Aqşin Kərimov /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb