Əliyev qəza ilə bağlı bu "versiyaların" üstündən xətt çəkdi

Əliyev qəza ilə bağlı bu Prezident Əliyev AzTV-yə müsahibəsində AZAL-ın təyyarəsinin vurulması ilə bağlı bütün məsələlərə, xüsusilə "Bakı Moskva qarşısında geri çəkilir" tipli yanaşmalara aydınlıq gətirdi. Əliyevin açıqlamaları və verdiyi mesajları bir neçə kontekstdə qiymətləndirmək olar.
KONKRET.az xəbər verir ki, birincisi, Azərbaycan Rusiya təyyarənin vurulmasına görə məsuliyyətdən yayınmaq cəhdlərini qəbul etməyəcək.
Moskvanın məsuliyyəti PUA hücumu edən Ukraynanın üzərinə qoymaq, yaxud ən azı bölüşdürmək cəhdləri var. Putinin Əliyevə zəngində qeyd etdiyi məqamlar da bunu deməyə əsas verir. Əliyev isə təyyarəyə yerdən atəş açıldığını xüsusi vurğulamaqla məsuliyyətin birbaşa Rusiyanın üzərində olduğu mesajını verdi.
– "Təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir";
– "…Heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın";
– "…Füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu".
İkincisi, Prezident Rusiyanın təyyarənin vurulma faktını ört-basdır etmək istədiyini açıq şəkildə dilə gətirdi.
Rusiyanın hadisəni gizlətmək və istintaqa təsir etmək cəhdlərinin olduğu haqda yazmışdıq: "duman", "qaz balonun partlaması", təyyarə ekipajının özünün Aktauya uçmaq seçimini etməsi kimi iddialar irəli sürülür, eləcə də araşdırmanı MDB müstəvisinə daxil etməyə çalışırdılar.
Əliyev Rusiyanın cəfəng versiyalarla baş verənləri gizlətməyə çalışdığını açıq şəkildə bəyan etdi. Lakin rəsmi Bakı Moskvanın hadisəni ört-basdır etmək cəhdinə imkan verməyib. Beynəlxalq ekspertlərdən ibarət yaradılan işçi qrupuna təyyarənin istehsalçı şirkəti – "Embraer"in, Braziliyanın müvafiq qurumlarının, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin (MDB) nümayəndələri də daxildir. Əliyev əlavə etdi ki, Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri aparıcı rollarda yox, işçi qrupun tərkibində olan üzvlər kimi prosesdə iştirak edir.
Beləliklə, Rusiyanın araşdırmanın nəticələrinə təsir etmək imkanları sıradan çıxarılıb.
Üçüncüsü, Bakının aydınlıq gətirilməsini tələb etdiyi suallar var. Bu, ictimai rəydə də müzakirə edilən məsələlərdir.
– Nə üçün təyyarə enə bilməyib?
– Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb?
– Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi?
Prezident "yerdən atəşin açılması" detalını dəfələrlə vurğulamaqla "təyyarənin Rusiya tərəfindən vurulduğunu bilirik" mesajını verir. Eyni zamanda, təyyarənin Aktauya niyə göndərilməsi üzərində xüsusilə dayanır və bunun bilərəkdən, izin itiriməsi məqsədilə edilməsi versiyasının olduğuna diqqət çəkir. Əks versiyanı – Aktaunun açıq məkan olduğu üçün ekipaj tərəfindən seçildiyi ehtimalını da xatırladır, lakin "yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi" qeydi ilə Bakının birinci versiyanın üzərində dayanacağı, araşdırmanın bu istiqamətdə aparılacağı mesajını verir.
Prezidentin vurğuladığı əsas məsələlərdən biri də Qroznı hava limanında "kavyor əməliyyatı"nın (Xalça əməliyyatı) nə vaxt elan edilməsidir. "Kavyor əməliyyatı" təyyarənin vurulmasından öncə elan edilməsi məsuliyyətdən yayınmaq imkanı yaradır. Əliyev isə bəyan etdi ki, "…bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra "kavyor əməliyyatı" elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər".
Bu, günahkarların Qroznıda olduğunun mesajı və Bakının Moskvadan "günahkarların cəzalandırılması" tələbində israr etdiyi deməkdir.
Və nəhayət, dördüncü məqam: Bakı təyyarənin vurulmasına görə öz tələblərini Moskvaya rəsmi şəkildə təqdim edib.
1. Rusiya Azərbaycandan üzr istəməlidir: bu tələb yerinə yetirildi;
2. Rusiya öz günahını etiraf etməlidir;
3. Günahkarları cəzalandırmalı, cinayət məsuliyyətinə cəlb etməli, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir;
Əliyev açıq mesaj verdi: məsələ Putinin üzrxahlığı ilə bitmir, Moskva Bakının daha iki tələbini yerinə yetirməlidir./axaraz

Siyasi       Tarix: 30 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler sou xeberler sosial yardim bu gune olan xeberler