Elnur Məmmədov: "Korporativ və insani dəyərlərimə sadiq qalıram

AccessBank-ın simaları rubrikasında bugünkü həmsöhbətimiz Bankın Məhkəmə Qərarlarının İcrasının Müşahidəsi Şöbəsinin rəhbəri Elnur Məmmədovdur.
- Siz ötən il ölkəmizin ərazi bütövlüyünün bərpasında fəal iştirak etmiş AccessBank əməkdaşlarından birisiniz. Eyni zamanda həm bank, həm də hərbi işlə yaxından tanışsınız. Deyə bilərsiz, bu işlərdən hansı sizə daha doğmadır?
- Artıq 12 ildir ki, bank sektorunda çalışıram və işimə olan marağımı itirməmişəm. Bank sektorunda işlədiyim illərin sayı işimə olan sonsuz həvəsimin göstəricisidir.
Hərbi işi "işim" adlandırmaq mənə nəsə qəribə gəlir... 2005-2007-ci illərdə hərbi xidmətdə olmuşam, leytenant rütbəsi ilə bitirmişəm. Keçən il hərbi xidmətə qayıtdım və 44 günlük müharibəni baş leytenant kimi başa vurdum.
Mənim üçün, bir çox həmvətənlərim üçün də hərbi iş bir borcdur. Vətənim qarşısında vətəndaşlıq borcum. AccessBank-da korporativ dəyərlərimiz var və onlar başqa şeylərlə yanaşı, ümumbəşəri dəyərlərə əsaslanır. İşdə korporativ dəyərləri rəhbər tutduğumuz kimi, gündəlik həyatda da insani dəyərlərimizə əməl edirik – bunu "daxili kompas"ımız adlandıra bilərik. Keçən payız dəyərlərimə sadiq qalaraq Vətənimi azad etmək üçün yola çıxdım. Mən öz borcumu yerinə yetirdiyimi düşünürəm; korporativ və insani dəyərlərimə sadiq qalaraq, hər an ehtiyacı olanların köməyinə gəlməyə də hazıram.
- İstər-istəməz yadıma Lev Tolstoyun "Hərb və sülh" romanı düşür. Sülh və -hərb... Bu iki anlayış sizin üçün nə deməkdir?
- Təəssüf ki, bəşəriyyət tarixi sülh dövründən daha çox müharibələrlə zəngindir. Haradasa oxumuşam ki, bəşəriyyət tarixi boyu cəmi 300 ilə yaxın sülh şəraitində yaşayıb.
Müharibədə xoş bir şey yoxdur, bunu heç kimə arzulamazdım. Ancaq bəzən bu, zərurətdir. 44 gün bizim üçün həm ərazi bütövlüyümüzün bərpası, həm də ədalətin zəfəri idi. Sonda biz birlikdə - cəsur hərbçilərimiz və şəhidlərimiz sayəsində ədaləti bərqərar etdik, zəfər çaldıq.
Bəli, ədalətdən danışmaya bilmərəm - çünki gündəlik həyatda bu mənim üçün çox vacibdir. Ədalət uşaqlıqdan tərbiyə aldığım və bankda işimdə ciddi əməl etdiyim amildir.
- 44 günlük müharibəyə leytenant kimi başladız və baş leytenant rütbəsi ilə başa vurdunuz. O payız günlərini necə xatırlayırsınız?
- Həmin 44 gün ərzində, hətta ondan sonra da sevginin, mərdliyin, cəsarətin şahidi oldum. Qələbənin əvəzini canları ilə verənlər də oldu. Allah hamısına rəhmət eləsin!
Elnur Məmmədov: Ötən payız əmin oldum ki, biz bankda bir ailəyə çevrilmişik. Ailəmizdə yaşadığımız anlar və hissləri biz komanda olaraq də yaşamışıq. Həm evdə, həm də işdə - birlikdə nigaran idik, birlikdə xoşbəxt idik. Belə çıxır ki, təkcə korporativ və insani dəyərlər deyil, həm də hisslər eyniləşir.
- Mülki həyata qayıtmaq nə qədər asan idi?
- Allaha şükür, müharibə o qədər uzun çəkmədi ki, normal həyata qayıtmaq çətin olsun. Qələbədən sonra ölkədə yüksək əhval-ruhiyyəni görməkdən çox məmnunam. Bu qələbə üçün canından keçmiş şəhidləri hörmətlə anırıq.
Mülki həyata qayıtmaq xoş idi; bütün ölkənin - aqro, inşaat və bank əməkdaşlarının iştirak edəcəyi böyük bir dirçəlişə qədəm qoyduğu aydın idi.
Elnur Məmmədov: Uzun illərdir ki, mikromaliyyə seqmentində liderlik edən bir bank olaraq, biz də işğaldan azad edilmiş ərazilərdə biznesin canlanmasına yönəlmiş təşəbbüsləri dəstəkləyəcəyik.
Qarşıdakı illərdə görüləcək işlər var. Necə deyərlər, planlarımız çoxdur.

İqtisadiyyat       Tarix: 25 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta son xeberler azerbaycan son xeberler az xabarlar