Elxan Şahinoğlu: "Suriyanın ikinci İraqa çevrilmə təhlükəsi var"

Elxan Şahinoğlu: Bəşər Əsəd rejimi devrildikdən sonra bölgəyə maraq daha da çoxalıb. İndi Suriyada marağı kəsişən dövlətlərin sayı da artıb. Hər kəs öz payını almağa çalışır. Bu, çox güman ki, ikinci mərhələdə baş verəcək. Bəs Suriyada ikinci mərhələ hansı ssenari üzrə davam edəcək.
KONKRET.az-ın suallarını cavablandıran "Atlas"Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Suriyada ikinci mərhələnin necə olacağı bir çox dövlətləri dərindən düşündürür:
Elxan Şahinoğlu: "Əsəd rejimi yıxıldı, indi əksər suriyalılar sevinirlər. Amma gələcək təhlükəlrərdən də sığortalanmayıblar. Suriya İraqa da bənzəyə bilər, daxili quruluşları da oxşardır. İraqda  2003-cü ildə Səddam Hüseyn rejimi devrildi, Dəməşqdə olduğu kimi heykəllər yıxıldı. Düşünülürdü ki, İraq çiçəklənəcək, problemlər həll olunacaq. Amma İraqda yenidən toqquşmalar başlandı. ABŞ qoşunlarının daxil olmasına rəğmən terrorçu qruplar formalaşdı, İŞİD məhz İraq ərazisində yarandı. İraq indiyə qədər özünün ərazi bütövlüyünü tam təmin edə bilməyib. Həyat şəraiti də aşağı səviyyədədir. İndi Suriyanın ikinci İraqa çevrilməsi təhlükəsi qalır. Suriya üçün ən ideal variant bu olardı ki, bütün təbəqənin dəstək verdiyi bir hökumət formalaşardı. Amma bunun belə olacağına dair Yaxın Şərqdə müsbət  nümunələr çox azdır. Üstəgəl Suriya ərazisindəki otuza yaxın silahlı qruplaşmanın hamısını tərkisilah etmək lazımdır. İndidən onların dağıdılmasına dair fikir bildirmək də çətindir. PKK, YPG, PYD-nin silahlı dəstələri təmizlənməlidir. Üstəgəl də, Suriyada bir çox dövlətin marağı kəsişir. Rusiya, İran, Türkiyə, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin hərəsinin öz maraqları var. Bu da Suriyada problemlərin həllinə mane olan əngəllərdən biridir. Üstəgəl Türkiyəyə çox böyük yatırımlar lazım olacaq ki, infrastruktur bərpa edilsin. Suriya ərazisində hər şey dağılıb. 13 il davam edən müharibə Suriyanı darmadağın edib. Bütün bunları bərpa etmək üçün Suriyanın öz resursları bəs etməyəcək".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 10 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeber krimnal xeber en son xeberler xəbər