Əmrə Konqar: "Suriyadakı qələbə Türkiyəni xilas edəcəkmi?"

Əmrə Konqar: "Əsəd hakimiyyətdən uzaqlaşdırılacaq, Dəməşqdəki Əməvi məscidində cümə namazı qılınacaq! İndi bir anlığa düşünək: Tutaq ki, "Qələbə" əldə olunub, Əsəd hakimiyyətdən uzaqlaşdırılıb, Dəməşqin Əməvi məscidində cümə namazı qılınıb. Bəs bunun Türkiyəyə nə faydası olacaq?".
KONKRET.azxəbər verir ki, bunu köşə yazarı Əmrə Konqar yazıb.
O, daha sonra fikirlərini belə şərh edib:
"Bu suala Türkiyənin üzləşdiyi problemlər baxımından cavab verməyə çalışaq:
1) Qeyri-rəsmi sayının on milyonu ötdüyü iddia edilən "qaçqın" problemi həll olunacaqmı?
Yoxsa bu problem daha da ağırlaşacaq?
2) Avropa Birliyi ölkələrinin Türkiyəyə tətbiq etdiyi viza çətinlikləri aradan qalxacaqmı?
Yoxsa daha ciddi və geniş yayılacaq?
3) ABŞ-ın dəstəyi ilə qurulacaq Kürd Dövlət Bölgəsi Türkiyənin "Kürd Problemi" adı altında yaşadığı problemlərin həllinə kömək edəcəkmi?
Yoxsa əks effekt yaranacaq?
4) Türkiyənin Suriya müharibəsi ilə bağlı xərcləri daha da azalacaqmı? Yoxsa orada mövcudluğunu saxlamaq üçün daha çox xərc çəkmə lazım gələcək?
5) Türkiyənin Yaxın Şərq ölkələri, qonşuları, ABŞ, Rusiya və İran kimi dövlətlərlə münasibətləri bu "Zəfər"dən sonra daha dost və yaxşı olacaqmı?
Yoxsa bu ölkələrin Suriyadakı ziddiyyətli maraqları Türkiyəni daha problemli çıxılmaz vəziyyətə salacaq?
6) Türkiyənin xalqı sıxan dolanışıq problemləri, cəmiyyətdəki ədalətsizliklər, yoxsulluq, yalan, yaltaqlıq, qadağalar kimi dilemmaları bu "Zəfər"dən sonra həll olunacaqmı, yoxsa daha da artacaqmı?
7) Və bilavasitə hökuməti maraqlandıran sonuncu sual: Bu suallar (problemlər) kontekstində ortaya çıxan nəticələr seçicilərin hakimiyyətə dəstəyini artıracaq, yoxsa azaldacaq?
***
İndi hamı əvvəl verdiyim bu sualların cavabını düşünür və müzakirə edir.
Təbii ki, bu cavabları mən də bilmirəm, lakin cümə axşamı yazımda qeyd etdiyim kimi, heç də optimist deyiləm.
Çünki düşünürəm ki, Yaxın Şərqdə dövlətlərin dağılması və regionda sabitliyin pozulması Türkiyəyə mənfi təsir göstərəcək.
Praqmatik ABŞ "Siyasi İslamla Rəqs"də tərəfdaşlarını dəyişdi:
11 sentyabr hücumundan sonra o, "Radikal Siyasi İslam"la mübarizə üçün inkişaf etdirdiyi və xüsusilə Misir və digər ölkələrdə yanlışlığı sübuta yetirilən "Mötədil İslam"ın yaradılması və dəstəklənməsi strategiyasından imtina etdi.
O, birbaşa "Radikal Siyasi İslam"la barışmağa başladı.
Biz bunun ilk nümunəsini Əfqanıstanda, ölkənin Talibana buraxıldığı vaxt gördük. İkinci nümunəni Suriyada HTŞ-nin dəstəyi ilə Dəməşqə gedən yolda yaşayırıq.
***
Təəssüflər olsun ki, HTŞ və İsraili bir araya gətirən ABŞ-ın bu yeni strategiyası regionda sabitliyi təmin edə bilməyəcək, Yaxın Şərqdə hökm sürən siyasət dini/məzhəb və etnik mənsubiyyət baxımından daha qeyri-sabit olan müvəqqəti tarazlıq vəziyyətinə gətirib çıxaracaq.
Bu qeyri-sabit tarazlıq vəziyyəti daha çox qan və göz yaşı tökülməsinə səbəb ola bilər.
Türkiyənin bir an əvvəl Atatürkün "Yurdda sülh, dünyada sülh" siyasətinə qayıtması lazımdır".
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Siyasi       Tarix: 11 dekabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeber krimnal xeber en son xeberler xəbər