Ərdoğan yanğınla bağlı Boluya gəldi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Kartalkaya kurort mərkəzində yerləşən oteldə baş verən faciəvi yanğında həyatını itirən vətəndaşların cənazə namazına qatılmaq üçün Boluya gəlib.
KONKRET.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, prezident və bir sıra dövlət rəsmiləri bölgədəki vəziyyəti yaxından izləmək üçün hadisə yerinə səfər edəcək.
Xatırladaq ki, Bolunun Kartalkaya xizək mərkəzində yerləşən "Grand Kartal" hotelində yanğın baş verib. Təxminən 10 saat davam edən yanğın nəzarət altına alınıb. Hadisə nəticəsində 76 nəfər həyatını itirib, 51 nəfər yaralanıb.
Fəlakətlə bağlı araşdırmalar davam edir və hadisəyə görə müəssisə sahibi də daxil olmaqla 9 nəfər saxlanılıb.
Ərdoğan dünən Prezident iqamətgahında keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edərək, Kartalkaya yanğını ilə əlaqədar ölkədə bir günlük matəm elan edildiyini açıqlayıb./milliaz

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var