Ərdoğanla Paşinyan bağlı qapılar axrasında nələrdən danışıblar?

Ərdoğanla Paşinyan bağlı qapılar axrasında nələrdən danışıblar?Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki "Türk Evi"ndə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.
Rəsmi açıqlamaya görə, görüşdə iki ölkənin münasibətlərində normallaşma, Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına tərəfdar olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib. Türkiyə lideri Ankara ilə İrəvanın ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etdiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə dəstəyini vurğulayıb.
Maraqlıdır, iki ölkə lideri arasında daha hansı məqamlar qapalı qapılar arxasında müzakirə edilib?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri Xəyal Bəşirov Ermənistanın əsl niyyətindən danışıb:
"Keçmiş Qarabağ münaqişəsinə, həm də Ermənistanın Türkiyənin Şərqinə ərazi iddiası etməsinə görə iki ölkə arasındakı münasibətlər hər kəsə bəllidir. Eyni zamanda, rəsmi İrəvanın Türkiyəyə qarşı qondarma soyqırım iddiaları var. Həmin məqama görə, tərəflər arasında münasibətlərin kəskinləşməsinə şahid olmuşuq. Lakin onların heç bir əsası yoxdur. Hamısı uydurmadır. Düşünürəm ki, həmin məsələnin gündəmə gəlməsinin altında Ermənistanın Türkiyədən ərazi almaq istəməsi yatır. Lakin təəssüflər olsun ki, bu iddiaları dəstəkləyən qüvvələr var".
Ekspert müzakirə edilməli məsələlərdən də bəhs edib:
"Ermənistanla Türkiyə arasında indiyə qədər sərhəddə 5 görüş keçirilib. Sərhədlərin açılması məsələsi müzakirə edilə bilər. Həmçinin də Qərbin Ermənistanı silahlandırması gündəlikdəki məsələlərdəndir. Rəsmi İrəvan silahlandırılırsa, onların ərazilərində bir-birinə zidd olan dayaq nöqtələri varsa, bundan Türkiyənin də sərhədləri zərər görə bilər. Heç bir dövlət qonşuluğunda qarşıdurmanın olmasına tərəfdar deyil. Düşünürəm ki, bu da müzakirə oluna və Paşinyana sərt xəbərdarlıq oluna bilər. Azərbaycan və Türkiyədən savayı digər ölkələr də bu çağırışlara qoşulmalıdır. Nəzərə alaq ki, Türkiyə region dövlətidir. Adıçəkilən ölkələr 3+3 formatında təmsil olunurlar. Yəni digər ölkələr də bu məqama diqqət yetirməlidirlər. Xülasə, düşünürəm ki, Zəngəzur dəhlizi, ərazi iddiaları, ermənilərin silahlandırlması gündəlikdə olan məsələlər arasındadır".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 25 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu en son xeberler bu gun valyuta mezennesi banklar xəbərlər