Erkən nikahların sayı niyə azalmır? - VİDEO
Erkən nikahların sayı niyə azalmır? - VİDEO
Maariflənmə tədbirlərinə baxmayaraq, son hadisələr hələ də ölkəmizdə erkən nikah probleminin olduğunu göstərir.
Bir müddət əvvəl Masallıda yenicə evlənmiş 16 yaşlı Fatimənin 19 yaşlı əri tərəfindən qətlə yetirilməsi erkən nikah probleminin hələ də aktual olduğunu bir daha göstərdi.
Baku TV xəbər verir ki, Uşaq nikahı adlandırılan erkən nikahların qanunla qadağan olunmasına baxmayaraq, bu cür hallar tez-tez müşahidə edilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov bu problemin aradan qaldırılması üçün insanlar arasında, xüsusən bölgələrdə maarifləndirmə prosesinin aparılmasının əhəmiyyətli olduğunu deyir.
Qız uşaqlarının erkən yaşda ərə verilməsi valideyn zorakılığı sayılır. Bu cür valideynlərin yəni, erkən nikahlara haqq qazandıran, bu nikahların baş tutmasında heç bir problemin olmadığını düşünən insanların əksəriyyəti isə bunu İslam dininin qanunları ilə əlaqələndirir və özlərinə haqq qazandırırlar.
İlahiyyatçı Elşad Miri isə islam dinində erkən nikaha icazə verilməsi ilə bağlı hər hansı hökmün olmadığını deyib: "Peyğəmbər öz qızlarına rəva bilmədiyi bir şeyi dostunun qızına necə məsləhət edə bilər?"
Erkən nikaha girən şəxslərin ailə məsuliyyətini dərk etməməsi fəsadların başlanğıc nöqtəsidir.
Nikah üçün sadəcə fizioloji yox, həm də psixoloji və mənəvi olaraq hazır olmaq lazımdır. Əks təqdirdə Fatimə kimilərin sayı azalmayacaq...
Ulucay Akif, Firdovsi Məmmədov /oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb