"Ermənistan nə Rusiyadan uzaqlaşacaq, nə də KTMT və Aİİ-dən çıxacaq" - Açıqlama

2024-cü il yanvarın 1-dən  etibarən Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 16-da Aİİ-yə üzv dövlətlərin başçılarına müraciət edib. 
Paşinyan  nəqliyyat və logistika sektorunu iqtisadi qarşılıqlı fəaliyyətin əsas elementi adlandırıb: "Biz xarici bazarlara çıxmaq üçün Aİİ-nin coğrafi mövqeyinin tranzit potensialından və imkanlarından maksimum istifadə etməliyik".
Baş nazir xatırladıb ki, Aİİ ölkələri ilə ümumi sərhədin olmaması Ermənistan üçün müəyyən çətinliklər və iqtisadi xərclər yaradır.
Federasiya Şurasının sədr müavini Konstantin Kosaçevin Paşinyanın bəyanatı ilə ziddiyyət təşkil edən fikirləri də maraqlıdır. Bu, Rusiyanın Ermənistanla münasibətlərində mənfi tendensiyanın olduğunu deyən sonuncu rusiyalı siyasətçi deyil:
"Rusiyada Ermənistanla bağlı mənfi münasibət formalaşıb.  Hər şey göz qabağındadır. Ermənistanın indiki rəhbərliyi ölkəni mümkün qədər Rusiyadan uzaqlaşdırmaqla məşğuldur. Mənə elə gəlir ki, bu erməni hiyləsidir. Çünki Rusiya ilə normal münasibətlər saxlamasa, Ermənistan üçün çətin olacaq. Ermənistanın Qərb tərəfindən dəstəklənəcəyi ilə bağlı ümidlər mənə illüziya kimi görünür".
Məsələ burasındadır ki, Paşinyanın Rusiyadan uzaqlaşmaq siyasətində də ziddiyyətlər var. Fransaya çatan kimi Rusiyanı ittiham edən Paşinyan bu dəfə Moskvanın patronajlığı altındakı təşkilata sədrliyi böyük həvəslə qəbul edir.
Əslində nə baş verir və Paşinyanın ikili siyasətinin arxasında hansı məqsədlər dayanır?
Türkiyəli professor Heydər Çakmak hesab edir ki, Ermənistan heç bir problemini təkbaşına həll etmək iqtidarında deyil. Ona görə də Rusiyadan əl çəkə bilmir:
"Ermənistanın dənizə çıxışı, təbii resursları, sənayesi və texnologiyası yoxdur. Ordusu da darmadağın olub. Ermənistanda alıcılıq qabiliyyəti aşağıdır. Bu dövlət xarici mənbələrdən asılıdır. Ermənistanın regionda dostu yoxdur. Tehran Ermənistanın ehtiyaclarını ödəmək üçün gücə və iqtisadi imkanlara malik deyil. Ermənistan təcili yardım gözləyən bir ölkədir. Qərb ölkələri də elə vəziyyətdədirlər ki, onların köməyinə daha çox kimin ehtiyac duyduğunu dəqiqləşdirə bilmirlər. Amma Ermənistan Rusiyaya qarşı çıxmaq və ya Rusiyanı qəzəbləndirmək üçün ciddi bir iş də görmür. Bundan başqa, Ermənistanda ictimai rəyə asanlıqla təsir edə bilən böyük rusiyayönlü siyasətçilər ordusu və media var. Belə bir şəraitdə Ermənistanın Rusiyayönlü təşkilatda mövcudluğunu davam etdirməsi və Paşinyanın buna müqavimət göstərməməsi başadüşüləndir. Bu isə onun hələ də qərbyönlü oriyentasiyasına xələl gətirmir".
Qazaxıstanlı politoloq Jaksylyk Sabitov isə bildirib ki, Nikol Paşinyan siyasi karyerasını xatırlasaq, onun əvvəlcə Ermənistanın Aİİ üzvlüyünə qarşı çıxdığını qeyd etməli olacağıq:
"Bu, onun siyasi mübarizəsinin formalarından biri idi. Amma başa düşməliyik ki, Ermənistanın milli maraqları Aİİ-də olmağı nəzərdə tutur. Ona görə də Paşinyan Ermənistanın siyasi elitasının nə istədiyinin fərqindədir. Əsas kurs mümkün qədər Rusiyadan uzaqlaşmamaqdır.  Çünki indiki rəsmi İrəvanın vaxtaşırı xatırladığı müxtəlif hadisələrə baxmayaraq, bu, Ermənistan dövlətinin mövcudluğunun təminatçılarından biridir. Ona görə də Ermənistan Aİİ-dən çıxmayacaq. Sadəcə olaraq, belə siyasi oyunlar, nəyisə alver predmetubə çevirmək cəhdləridir. Xatırlayırıq ki, Ermənistan, Qırğızıstan, Tacikistan kimi kiçik dövlətlər Aİİ-yə daxil olduqdan sonra gömrük rüsumları baxımından böyük fayda əldə ediblər. Yəni, birlik çərçivəsində onlar təkbaşına ala biləcəklərindən qat-qat artıq alırlar və iqtisadiyyatlarının böyüklüyünə baxmayaraq, təşkilatın ümumi büdcəsindən qeyri-mütənasib pay alırlar. Yəni, onlarla müqayisədə Qazaxıstan uduzan tərəflərdən biridir. Onun payının böyük hissəsi kiçik Aİİ ölkələrinə ödənişlərin yaradılması üçün istifadə olunur. Beləliklə, mən inanıram ki, Ermənistan bütövlükdə Rusiyadan uzaqlaşmayacaq. Bu ölkə nə KTMT-dən, nə də Aİİ-dən çıxacaq".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 19 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı cəbhədən ən son xəbər xəbər xeber