Ermənistan öz hərəkətləri ilə Azərbaycanla sülh prosesini çıxmaza salmağa çalışır

Ermənistan öz hərəkətləri ilə Azərbaycanla sülh prosesini çıxmaza salmağa çalışırAzərbaycan Ermənistanın bir sıra mühüm maddələri hələ də razılaşdırılmamış sülh müqaviləsi imzalamaq təklifini qeyri-real və qəbuledilməz hesab edir.
Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Berliner Zeitung" qəzetinə müsahibəsində deyib.
Əmirbəyov jurnalistin Ermənistanın Almaniyadakı səfirinin Ermənistanın sabah da Azərbaycanla sülh sazişi imzalamağa hazır olması barədə bəyanatına rəsmi Bakının necə yanaşdığı ilə bağlı sualını cavablandırarkən bu bəyanatın səmimiliyinə çox şübhə etdiyini vurğulayıb. "Tamamlanmamış, yarımçıq sazişin günü sabah imzalanması təklifi nəinki qeyri-real və qəbuledilməzdir, eyni zamanda ictimaiyyətdə yanlış fikir formalaşdırmaq cəhdidir. Tərəflər saziş layihəsinin hələ açıq qalan bir neçə mühüm müddəası ilə bağlı razılığa gəlməlidir və onlarsız sənəd natamamdır", - Azərbaycan Prezidentinin nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, sülhə nail olmaq yolunda əsas maneə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinə Ermənistanın konstitusiyasında əksini tapmış ərazi iddialarıdır.
E.Əmirbəyovun sözlərinə görə, bu problemi görməzdən gəlmək otaqdakı fili görməməyə bərabərdir.
"Bununla Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq, guya sülh prosesində konstruktiv iştirak etdiyini göstərmək istəyir, əslində isə vaxtı uzadır və sülh prosesini çıxmaza salır. Ermənistan Qərbdən, o cümlədən Aİ-dən, ABŞ-dən və ayrı-ayrı Aİ dövlətlərindən qeyri-məhdud sayda diplomatik, iqtisadi və hərbi yardım almağa başlayan kimi danışıqlarda konstruktiv iştirak etməyə olan marağını itirib və belə görünür ki, Azərbaycanla sülhə nail olmaq artıq onlar üçün prioritet deyil", - o vurğulayıb.
Jurnalistin nəticə əldə olunmasını sürətləndirmək üçün tərəflər Zəngəzur dəhlizinin açılması məsələsini sülh sazişi çərçivəsindən kənara çıxarmaq və elə bu formada Ermənistan konstitusiyasına düzəlişlərin sülh sazişinin imzalanmasından sonrakı dövrə təxirə salınmasının mümkünlüyü barədə sualını cavablandıran Əmirbəyov qeyd edib ki, bu iki məsələ arasında paralel aparmaq tamamilə yanlışdır, çünki onlar davamlı sülhün əldə olunması üçün əhəmiyyətinə görə tamamilə fərqlidir.
"Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilk gündən münaqişənin əsas səbəbi olub və davamlı sülhə nail olmaq üçün bu problemi birdəfəlik aradan qaldırmaq lazımdır. Bunu isə Ermənistan konstitusiyasını dəyişmədən etmək mümkün deyil. Ermənistan konstitusiyası indiki formada qalarsa, sülh sazişi qısamüddətli olacaq, çünki Azərbaycanla sülhə qarşı çıxan hər hansı yeni Ermənistan rəhbərliyi sazişin hüquqi cəhətdən daha üstün olan konstitusiyaya uyğun olmadığını əsas gətirərək onu sadəcə olaraq denonsasiya edəcək. Başqa sözlə, Azərbaycan sülh sazişini baş nazir Paşinyanla deyil, Ermənistanla imzalamaq istəyir", - o deyib.
Əmirbəyovun sözlərinə görə, məhz elə buna görə Azərbaycan zamanla münaqişənin yenidən canlanması baxımından və yeni faciələrə səbəb ola biləcək heç bir hüquqi boşluq buraxa bilməz, buna görə də biz uzunmüddətli Ermənistan-Azərbaycan qarşıdurmasının əsas səbəbini aradan qaldırmalıyıq.
Zəngəzur dəhlizinə gəlincə, Azərbaycan Prezidentinin nümayəndəsi əlavə edib ki, rəsmi Bakı hələ də onun açılışına böyük önəm verir. "Azərbaycan bu məsələnin sülh sazişi çərçivəsindən kənara çıxarılmasına razılıq verməklə bizi gözü götürməyən bədxahlara bu məsələnin həll edilməmiş mahiyyətindən istifadə edərək Azərbaycanı ümumi irəliləyişə xələl gətirən tərəf kimi təqdim etməsinə səbəb verməmək istəyindən çıxış edib", - deyə Əmirbəyov fikrini tamamlayıb. / azxeber.com

Siyasi       Tarix: 20 oktyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri hava haqqinda krminal bu gun xəbər