Ermənistan prezidenti qaydaları pozaraq II Elizabetin tabutu yanında foto çəkdirdi
Ermənistan Prezidenti Britaniya Kraliçasının cənazəsi ilə şəkil çəkdirdiyinə görə sərt tənqid edilib.
KONKRET.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Xəbərdə bildirilib ki, Ermənistan prezidenti hörmətsizlik edərək Kraliça II Elizabetin cənazəsini ziyarət zamanı yüksək səslə danışıb, köməkçiləri ilə zarafatlaşıb. Həmçinin cənazə önündə baş əyərkən köməkçisi prezidentin fotolarını çəkib. Kraliçanın cənazəsinin olduğu "Westminster Hall"da şəkil çəkdirmək isə dövlət rəsmiləri də daxil bütün şəxslərə qəti qadağandır.
Hadisə yerində olan şəxslərdən biri "The Sun"a prezidentin hərəkətləri ilə bağlı açıqlama verib:
"Həmin zalda yüzlərlə adam var idi – heç kim danışmırdı. Yalnız o danışırdı və açıq-aydın şəklini çəkdirməyi əvvəldən planlaşdırmışdı"
Digər bir şəxs isə "The Sun" a bildirib ki, hər kəs qaydalara tam şəkildə əməl etməyə bacarsa da, tək bir şəxs bu qaydanı pozub.
Qeyd edək ki, Kraliçanın cənazəsinin olduğu "Westminster Hall"da şəkil çəkdirmək bütün şəxslərə qəti qadağandır. Yalnızca media mənsubları foto çəkə bilər.
Kraliçanın rəsmi dəfn mərasimi sentyabrın 19-da baş tutacaq.//APA

Formula-1: ikinci sərbəst yürüş başladı
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
Meşədə qadın meyiti tapıldı: saxlanılan var
Zelenski: Qış sizin üçün də ağır olacaq
Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə
Bakı bulvarı Bibiheybət və Zığa qədər uzanacaq? - RƏSMİ CAVAB