Ermənistan sülh prosesindən geri çəkilir? - "Paşinyan bir söz deyir, nazirlər başqa..."
Məlum olduğu kimi, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı bəndin sülh sazişindən çıxarılmasına razılaşıb. Bunu ötən gün Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov açıqlayıb. O, bildirib ki, qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəlinib.
Rəsmi Bakının dəhliz məsələsində güzəştə getdiyi bir zamanda isə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ziddiyətli açıqlama ilə gündəmə gəlib. O, bildirib ki, Ermənistan Azərbaycan tərəfinin tələbi ilə Konstitusiyaya dəyişiklik etmək niyyətində deyil.
Rəsmi Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü konstitusiya dəyişikliyi şərtindən imtina sülh prosesini tormozlaya bilərmi?
Mövzu ilə bağlı KONKRET.az danışan Milli Məclisinin deputatı Sabir Rüstəmxanlı sülh müqaviləsinin ilin sonuna qədər imzalanmayacağını düşünür:
"Ermənistan rəhbərliyi ilə hökumət nümayəndələri arasında hər zaman ziddiyətlər olub. Paşinyan bir söz deyib, nazirlər fərqli fikirlər səsləndiriblər. Ermənistanın vahid siyasəti olmadığı üçün bu kimi hallarla qarşılaşırıq. Lakin son qərarı Baş nazir verəcək. Baxın, ABŞ və digər dövlətlər Ermənistanı silahlandırır. Bütün bunlar da onların sülhdən yayınmasına gətirib çıxarır. Xatırlayırsınızsa, əvvəl deyirdilər ki, sülh müqaviləsinin imzalanması real görünür. İndi isə fərqli fikirlər səsləndirilir. Dediyim kimi, onların silahlandırılması obrazlı desək, ermənilərin iştahını artırır. Ancaq bir məqamı qeyd edim ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına inanmıram. Proses bir qədər də davam edəcək".
Deputat Zəngəzur dəhlizi ilə bağlı məsələnin hər zaman Azərbaycanın diqqətində olacağını deyib:
"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tərəflər arasında qarşılıqlı güzəştlər olmalı idi. Zəngəzur dəhlizi hər zaman Azərbaycanın diqqətində olacaq. Ermənistan bundan müxtəlif bəhanələrlə yayınmağa çalışsa da, alınmayacaq. Sülh imzalandıqdan sonra bizim üçün sözügedən proses yenidən aktivləşəcək. Lakin dediyim kimi, bəzi güzəştlər olmalı idi, oldu".
Məlik Məlikov,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar