Ermənistan sürətlə silahlandırılır, yeni müharibəyə hazırlıq gedir - Deputat açıqladı

Ermənistan sürətlə silahlandırılır, yeni müharibəyə hazırlıq gedir - Deputat açıqladı"Çox təəssüflər olsun ki, Ermənistan aktiv şəkildə silahlandırılır və bu ölkənin silahlandırılmasına Fransa, o cümlədən digər havadar dövlətlər dəstək olurlar. Ermənistanın silahlanması əslində sülhə kölgə kimi dəyərləndirilməlidir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Ermənistanın Hindistandan taktiki ballistik raketləri almasına münasibət bildirərkən deyib.
Ermənistan sürətlə silahlandırılır, yeni müharibəyə hazırlıq gedir - Deputat açıqladıMillət vəkili qeyd edib ki, dünya ictimaiyyəti Ermənistanı silahlandırmaqdansa, bu ölkəni sülhün baş tutması üçün töhfələr verməyə çağırmalıdır: 
"Düşünürəm ki, faktiki sülhdən dəm vuran, onun baş tutmasını istəyən bir dövlətin aktiv şəkildə silahlandırılması bu deyilənlərin təkzibidir. Mediada dərc olunan məlumata əsasən, Ermənistan tərəfi Hindistandan "Pralay" taktiki ballistik raketləri almağı planlaşdırır. Adıçəkilən raketlər hücum məqsədiylə tələb olunan silahlardır ki, bu da istər-istəməz Ermənistanın sülh istəməməsinin və müharibəyə hazırlaşmasına bir misaldır. Bu baxımdan, dünya ictimaiyyətini Ermənistanı silahlandırmağa qarşı tədbirlər görməyə çağırırıq. Çünki faktiki olaraq, Ermənistanın silahlanması sülhün baş tutması üçün əngələ çevrilə bilər. Mən inanıram ki, Ermənistan bir gün reallıqları dərk edəcəkdir. Belə aktiv silahlanmadansa, sülhün əldə olunması üçün töhfələr verməyə başlayacaqdır".
Bəs Ermənistanın Hindistandan almaq istədiyi "Pralay" taktiki ballistik raketləri nə işə yarayır?
"Pralay" taktiki ballistik raketləri düşmənin raket əleyhinə müdafiə sistemlərindən yan keçmək üçün manevr edə bilən raket növüdür.
Bu adlı raket 150-500 km uçuş məsafəsinə malikdir və mobil buraxılış qurğusundan buraxıla bilər.
Qeyd edilən raketlərin istehsalına 2023-cü ildə başlanılıb. Hazırda Hindistan onları ilk növbədə Çinlə sərhəddə yerləşdirir.
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 18 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri hava haqqinda krminal bu gun xəbər