Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA

Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMAErmənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycandəmir yolu əlaqəsinin yaradılması və Ermənistan-Türkiyə sərhədinin yaxınperspektivdə açıla biləcəyini bildirib. 
Paşinyan bu barədə İrəvanda keçirilən "Ermənistan – BöyükBritaniya 2026" biznes forumunda çıxışı zamanı danışıb.
Baş nazir TRIPP layihəsinin praktiki icrasına keçidlə bağlıişlərin aparıldığını və layihənin Ermənistanla yanaşı, bütün regionun iqtisadimühitinə təsir göstərə biləcəyini qeyd edib. 
Paşinyanın açıqlaması fonunda Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyəarasında nəqliyyat əlaqələrinin bərpasının regionda iqtisadi və siyasi proseslərəmümkün təsiri, eləcə də bu istiqamətdə real addımların nə dərəcədə yaxın olduğusualını gündəmə gətirib. 
Mövzu ilə bağlı azxeber.com-a danışan politoloq Samir Hümbətovbildirib ki, Ermənistan-Türkiyə sərhədinin açılması üçün əvvəlcə konkret məsələlərüzrə razılaşmalar əldə olunmalıdır: 
"Paşinyan bunu, əslində, bir neçə dəfə təkrarlayıb. Amma məsələburasındadır ki, sərhədlərin açılması üçün bütün imkanlar dəyərləndirilməlidir.Türkiyə-Ermənistan sərhədi açılsa belə, ola bilsin ki, razılaşma əldəolunduqdan sonra konkret nüanslar üzrə bu proses həyata keçirilsin. Hətta sərhədaçılsa belə, burada konkret istiqamətlər müəyyənləşdirilməlidir. Yəni sərhəddənyalnız yükdaşımalar həyata keçiriləcək, yoxsa həm yük, həm də sərnişindaşımaları olacaq? Yaxud yalnız sərnişin daşımalarına icazə veriləcək? Bütünbunlar əvvəlcədən müəyyənləşdirilməlidir".
Politoloqun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərindənəqliyyat əlaqələrinin bərpası məsələsi də sülh prosesindəki öhdəliklərdənasılıdır:
"Birinci məsələ Türkiyə-Ermənistan münasibətləri iləbağlıdır. Azərbaycanla bağlı məsələyə gəldikdə isə, Azərbaycan dəmir yolu vasitəsiləyüklərin çatdırılmasını həyata keçirir. Amma burada bir məsələ var. Biz sülhmüqaviləsinin yekun sənədini imzalamaq istəyirik. Bunun üçün Ermənistanın yerinəyetirməli olduğu müəyyən öhdəliklər var. Dəmir yolu əlaqəsinə gəldikdə isə,görünür, burada artıq bir neçə istiqamət üzrə müəyyən məsələlərin icrası nəzərdətutulur. Yəni yükdaşıma, sərnişin daşımaları, yaxud beynəlxalq daşımaların həyatakeçirilməsinə dəstək verilməsi kimi məsələlər gündəmdə ola bilər. Hazırda isəbunların konkret olaraq necə həyata keçiriləcəyi tam müəyyənləşməyib.Paşinyanın açıqlaması da bu baxımdandır".
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMAS. Hümbətov qeyd edib ki, bu məsələdə Azərbaycan tərəfininverəcəyi rəsmi məlumat əsas götürülməlidir: 
"Amma bizim üçün ən dəqiq məlumat Azərbaycan tərəfininverdiyi məlumatdır. Hazırda bununla bağlı qəti fikir söyləmək mümkün deyil.Çünki Ermənistanla dəmir yolu əlaqəsinin qurulması mahiyyət etibarilə bizə Ermənistanərazisi üzərindən Naxçıvana aktiv şəkildə yükdaşıma həyata keçirmək imkanı daverəcək. Bunun üçün isə logistika imkanlarının tam bərpa olunması lazımdır. Buproses hələ tam şəkildə həyata keçirilməyib və əvvəlcə müvafiq infrastrukturunvə logistika imkanlarının bərpası təmin olunmalıdır". 
Politoloqun sözlərinə görə, Paşinyanın açıqladığı prosesləryaxın aylarda konkret addımlar atılacağı təqdirdə mümkün ola bilər: 
"Ona görə də düşünürəm ki, Paşinyanın söylədikləri yaxınperspektivdə, yəni bir neçə ay ərzində konkret işlər həyata keçiriləcəyi təqdirdəmümkün ola bilər. Amma hazırkı mərhələdə düşünürəm ki, Paşinyanın bu açıqlamasımüəyyən mənada daxili auditoriyaya hesablanmış açıqlama da ola bilər. Hər birhalda, Paşinyanın bu açıqlamasını Ermənistan tərəfindən müəyyən dərəcədə irəliyəatılmış addım kimi qiymətləndirmək olar". 
Fəridə Əsədzadə

Siyasi       Tarix: 06 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq çəkisini və təsir imkanlarını artırır - RƏY

Azərbaycanın son illərdə yürütdüyü müstəqil və milli maraqlara əsaslanan xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində mühüm üstünlüklər qazandırıb. Müstəqil xarici siyasət yürütmək yalnız hər hansı təsir mərkəzində

Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb

Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev Tacikistan Respublikasının Avstriya Respublikasındakı səfiri Manuçehir Cobirlə nəzakət görüşü keçirib. xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyada səfirliyini

Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Nigeriya Federal Respublikasının xarici işlər naziri Bianka Odumeqvu-Ocukvu arasında telefon danışığı baş tutub. Bu barədə -a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib

Prezidentin təltif etdiyi Jalə Əliyevanın DOSYESİ

Prezident İlham Əliyev Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. xəbər verir ki, Jalə Fazil qızı Əliyeva 1966-cı il oktyabrın 5-də Bakı şəhərind

Misir Mərdanov 'Şərəf' ordeni almasından DANIŞDI

Xəbər verdiyimiz kimi, Misir Cümail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Misir Mərdanov Azərbaycan Respublikasının ictimai-siyas

Heç kim bizə yol göstərməsin, hərə getsin öz xalqına, dövlətinə gün ağlasın

Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib. Dövlət başçısı qeyd edib ki, bu, indiki dünyada böyük sərvə

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlətimizi


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber 2026 qarabag metbuat maşın realiti şou