Ermənistan vəziyyəti gərginləşdirir - NATO regionda yeni münaqişə ocağı yaradır - TƏFƏRRÜATLAR

Ermənistan vəziyyəti gərginləşdirir - NATO regionda yeni münaqişə ocağı yaradır - TƏFƏRRÜATLARMəlum olduğu kimi, Avropa İttifaqının Ermənistandakı mülki missiyası növbəti dəfə Azərbaycana qarşı təxribat hazırlayır. Belə ki, dövlət sərhədinin yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvləri və erməni hərbçiləri müşahidə cihazları ilə ərazilərimizi müşahidə ediblər. Hadisənin Gorus istiqamətində baş verdiyi qeyd olunub. Həmçinin dünən Ermənistan Azərbaycanla sərhəddə üzərində səlibçi xaçının əks olunduğu dövlət bayrağı qaldırıb.
Maraqlıdır, baş nazir Nikol Paşinyanın sülh çağırışları fonunda iki ölkə arasında yenidən qarşıdurmanın alovlanmasını istəyən qüvvələr kimlərdir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Elşad Paşasoy Ermənistanın vassal olduğunu qeyd edib:
Ermənistan vəziyyəti gərginləşdirir - NATO regionda yeni münaqişə ocağı yaradır - TƏFƏRRÜATLAR"İlham Əliyev və Nikol Paşinyanın qısa da olsa Rusiyada təmas imkanının yaranması fonunda Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının hərəkətə keçməsi təsadüfi sayıla bilməz. Mülki adlanan missiyanın kəşfiyyat və cəsus şəbəkələrindən ibarət olması heç kimə sirr deyil. Aİ üzvü olmayan Kanada rəsmilərinin də sərhəddə gəlməsi, NATO qüvvələrinin də bölgədəki planlarından xəbər verir. Ermənistan vassal olduğunu bir daha sübut etdi. Bölgə ilə bağlı ABŞ və Fransa başda olmaqla NATO-nun planları var. Onlar ilk növbədə çalışırlar ki, Azərbaycan və Ermənistan arasında sülhün imzalanmasına mane olsunlar. Gərginliyin davam etməsi alyans ölkələrinin xeyrinədir. Azərbaycanın ATƏT-in Minsk Qrupundan imtina etməsi Aİ və NATO-nu hərəkətə keçirib. Onlar müxtəlif adla bölgədə hərbi mövcudluğunu bərqərar etməyə çalışırlar".
Ermənistan vəziyyəti gərginləşdirir - NATO regionda yeni münaqişə ocağı yaradır - TƏFƏRRÜATLAREkspert vurğuladı ki, sözügedən qüvvələrin Rusiya və İrana dair də planları var:
"Aİ və NATO-nun bəzi üzvlərinin Türkiyəyə qarşı da müəyyən planları var. Lakin bunların nədən ibarət olduğunu bilmək olmaz. Ancaq Azərbaycan bölgəyə və ölkəmizə qarşı olan planları pozmağı bacarıb. Qələbəmizi həzm edə bilməyənlər bir neçə həftə öncə Ermənistanın Naxçıvan və Kəlbəcər istiqamətindəki təxribatı zamanı səssiz qaldılar. Görünür, dırnaqarası mülki missiya hətta Paşinyanın yarımçıq sülh imzalamasını belə istəmir. Onlar gərginlik yaratmaq niyyətindədirlər. Lokal müharibənin baş verməsi Aİ-nin missiyasının əl-qolunu açacaq. Əbəs yerə Ermənistana silah və maliyyə dəstəyi göstərmirlər. ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Azərbaycana, o cümlədən Ermənistana səfər etməsi də bu qəbildəndir. Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov NATO-nun planlarından bəhs edərkən bildirmişdi ki, təşkilat sülhməramlı kontingentini Cənubi Qafqaza yerləşdirmək niyyətindədir. Qeyd etdiyim kimi, Cənubi Qafqazda yeni münaqişəni alovlandırmağa çalışan qüvvələr var. Və buna görə də Ermənistandan istifadə edirlər".
Müsahibim bildirib ki, proseslər daha da gərgin mərhələyə adlaya bilər:
Ermənistan vəziyyəti gərginləşdirir - NATO regionda yeni münaqişə ocağı yaradır - TƏFƏRRÜATLAR"Paşinyanın indiki məqamda sülh bəyanatlarının arxasında gizlənməyə cəhd edir. Ancaq havadarları yekun sənədə imza atılmasına icazə vermir. Onlar yarımçıq sülh istəyirlər. Çünki bu, yeni müharibə təhlükəsini hər zaman saxlayacaq. Sərhəddə delimitasiya və demarkasiya prosesinin dayanması da bunun məntiqi davamıdır. Mümkün təxribatlar fonunda Azərbaycan Ermənistana sarsıdıcı zərbələr vura bilər. Havadarların isə istədiyi budur. Bunun nəticəsində onlar bölgədə daha da genişlənəcək. Həmçinin sərhəddə üzərində səlibçi xaçının əks olunduğu bayrağının dalğalanması da planın bir hissəsidir. "İki başlı oyun" gedir. Bəzi ölkələr COP29 ərəfəsində Azərbaycanın başını müharibəyə qarışdırmaq istəyirlər. Müxtəlif paytaxtların və çevrələrin Ermənistanı dəstəkləməsi onları cəsarətləndirir, ancaq unutmamalıdırlar ki, istənilən təxribata ən sərt şəkidə cavab verə bilərik".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 10 oktyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit


yeni xeberler azerbaycan xeberleri son xeberler siyaseti xeberler bugun xeberler bugun en son xeberleri cəbhədən son durum