Ermənistana Avropa Sülh Fondundan 10 milyon avro
Avropa İttifaqı Xarici işlər nazirləri Şurasının iyulun 22-də keçiriləcək iclasının gündəliyinə daxil olan məsələlər sırasında Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılması məsələsi də yer alacaq.
KONKRET.az "Armenpress"-ə istinadla xəbər verir ki, Avropa Sülh Fondu tərəfindən göstərilən yardım Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək.
Aİ üçün fövqəladə hallarda mülki əhalinin müdafiəsi prioritetdir, bu yardım da analoji məqsəd üçün xərclənəcək.
Bununla belə, planlaşdırılan yardım heç bir halda öldürücü silahların alınmasına yönəlməyəcək və Aİ-nin hərbi gücü olmadığı üçün birgə hərbi təlimləri əhatə etməyəcək.
Həmçinin gözlənilir ki, Aİ-yə üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin görüşündə viza rejiminin liberallaşdırılması məsələsi üzrə Avropa Komissiyası-Ermənistan dialoqunun başlanması təsdiqlənəcək. Dialoq başladıqdan sonra onun aparılması üçün əsas vasitə Ermənistan hakimiyyətinə təqdim olunacaq viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planı olacaq. (Yeni Sabah)
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Futbolçunu ölümü: bu oyunlar təxirə salındı
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
"Qalatasaray" "Ştutqart"a qarşı - Start heyətlər
Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı