Ermənistandakı kadr islahatlarının arxasında nə dayanır?

Ermənistandakı kadr islahatlarının arxasında nə dayanır?Dünəndən etibarən Ermənistan hökumətində baş verən istefalar İrəvanda geniş əks-səda yaradıb.   "Demokratik Alternativ" partiyasının sədri Suren Surenyantsın sözlərinə görə , Nikol Paşinyan parlament seçkiləri üçün kampaniyaya hazırlaşır:
"Nikol Paşinyan özünə güvənən lider təəssüratı yaratmaq istəyir, çünki o, bir anda bir neçə güc və hüquq-mühafizə strukturunun rəhbərini dəyişməklə seçki qabağı ab-havanı dəyişməyə çalşır. Seçkilərin növbədənkənar və ya adi seçki olacağı  önəmli deyil. Paşinyan hakimiyyət piramidasını seçkiqabağı rejimə uyğunlaşdırmağa çalışır".
Politoloqun fikrincə, bütün bunları parlamentdə baş verən qalmaqallı insidentlə əlaqələndirmək düzgün deyil:
"Bir daha deyirəm, bütün bunlar daha çox seçkiqabağı təşviqat üçün hesablanıb. Onun bu gün işdən çıxardığı adamların hamısı Paşinyanın əmrlərinə qeyd-şərtsiz tabe olan insanlar idi. Düzünü desəm, onların arasında hər hansı məsələdə Paşinyana  müqavimət göstərməyə  cəhd edəcək birini tanımıram", – deyə Suren Surenyants yekunlaşdırıb.
Xatırladaq ki, hökumətin iclasında Nikol Paşinyan hüquq-mühafizə sisteminin rəhbərlərinə müraciət edərək səbr kasasının dolduğunu bildirib:
"Hörmətli hüquq-mühafizə orqanlarının əməkdaşları, məhkəmə sisteminin nümayəndələri, mənim səbr kasam artıq doludur. Sanki mən radiostansiyayam. Bütün tədbirlərinizə gəlirəm, çıxış edirəm, danışıram, alqışlayırsınız, gedirəm, sonra gələn il yenə gəlirəm, eyni nitqi deyirəm, daha yüksək səslə alqışlayırsınız. İndi kimin kimi tutduğunu anlamaq istəyirəm. Artıq bunun sonu gəlib. Mənim verəcək heç nəyim yoxdur. Mən heç kimin işinə qarışmamışam. Bu o demək deyil ki, Ermənistanda hökumət zəifdir. Yox, zəif olan polisdir. Heç kimin mənə zəif deməsinə icazə vermərəm, – deyə Nikol Paşinyan hökumətin iclasında bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 18 noyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler bugun son xeberler bugun 2026 azerbaycan en yeni xeberler qarabag