"Ermənistanın dərinliyinə doğru irəliləyə, bufer zona yarada bilərik" - Müharibə başlayır?

Ermənistan silahlı qüvvələri son günlər yenidən təxribatlara əl atır. Zəngəzur dəhlizi ilə bağlı bəndin sülh müqaviləsindən çıxarılmasından sonra atəşkəsin Naxçıvan istiqamətindən pozulması intensiv hal alıb. Həmçinin Ermənistanın xarici qüvvələr tərəfindən silahlandırılması yeni təxribatların olacağı ehtimalını artırır.
Maraqlıdır, sülhün əldə edilməsinə yaxınlaşdığımız bir zamanda akəşkəsin davamlı pozulması nə vəd edir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Şair Ramaldanov Ermənistanda hələ də mövcud reallıqla barışmaq istəməyən qüvvələrin olduğunu deyib:
"Təəssüflər olsun ki, Ermənistan Azərbaycanın regionda sülhün bərqərar edilməsi cəhdlərini düzgün qiymətləndirmir və təhlükəsizliyini sual altına qoyur. Zəngəzur dəhlizi ilə bağlı bəndin sülh müqaviləsindən çıxarılması fonunda onların bu sazişdən qaçdığının da şahidi oluruq. Şərti sərhəddə atəşkəs pozulur və bu, intensiv hal alıb. Belə olan halda sual yaranır: qarşıdurma kimə lazımdır? Cavab birmənalıdır, bugünkü reallıqla barışmaq istəməyən qüvvələrə və onların havadarlarına. Azərbaycan regionda sülh istəyir. Ermənistanın isə təxribatların miqyasını genişləndirməsi, onların sözügedən məsələdə maraqlı olmadığının göstəricisidir. Baxın, ermənilər havadarlarının təzyiqi altında hərəkət edirlər. Çünki müstəqil qərar vermək iqtidarında deyillər".
Ekspert Ermənistandakı mövcud iqtisadi vəziyyət fonunda onların milyardlarla dollar həcmində silah əldə etməsini sülhdən yayınmaq cəhdi kimi qiymətləndirib:
"Avropa Sülh Fondu silahlanma məqəsdilə Ermənistana milyonlarla dollarlıq yardım ayırır. Bunlar da sərhəddə təxribatların artacağına ehtimal verir. Lakin Azərbaycan bütün bu təxribatlara ciddi cavab verəcək. ABŞ və Fransa kimi ölkələr regionda sülh istəmir. Onlara qarşıdurma lazımdır. Açığı, həmin ölkələrin əsas hədəfi Azərbaycan deyil. Məqsədləri Rusiyanı bölgədən çıxarmaqdır. Buna görə də qısa müddət ərzində ermənilər təxinən 1 milyard dollar dəyərində silah əldə ediblər. Onların iqtisadi-sosial durumları yaxşı deyil. Havadarları Ermənistanı sülhdən yayındırır. Regionda Rusiya, ABŞ, İran kimi ölkələrin maraqlarının toqquşması ciddi nəticələrlə yekunlaşa bilər".
Ş.Ramaldanov Azərbaycanın bufer zona yarada biləcəyini də vurğulayıb:
"Düşünürəm ki, COP29 ərəfəsində şərti sərhəddə atəşkəs pozulacaq. Müdafiə Nazirliyi qarşı tərəfə ciddi xəbərdalıq edib. Təxribatlar fonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən qəti addımların atılacağı birmənalıdır. Ölkəmizin komandanlığı sərhəd bölgəsində yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistanın dərinliklərinə qədər irəliləyə və beynəxalq praktikaya istinad edərək bufer zona yarada bilər".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 19 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 bugunun xeberleri cəbhədən son vəziyyət valyuta mezennesi 2026